Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Həqiqəti düşündünüzmü?: Gözümüzün önündəki möcüzələr

Mündəricat
  1. Təməl suallar
  2. Quran barəsində düşünmək
  3. Qurandakı din və ataların dini
  4. Əsl dindarlar və saxta dindarlar
  5. Quranda təsvir edilən mömin
  6. Özümüzü sorğu-sual etmək
  7. Din əxlaqını yaşamayan insan modelinin zərərləri
  8. Möminlərin əsl yurdu: Cənnət
  9. İnkarçıları gözləyən cəhənnəm
  10. Yeni bir ölçü
  11. Gözümüzün önündəki möcüzələr
  12. Ağcaqanad
  13. Balarısı
  14. Dəvə
  15. Quranda təkrarlanan sözlər

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq. Biz onları əsl həqiqət kimi yaratdıq. Lakin insanların çoxu bilmir.

Duxan surəsi, 38-39

Kitabımızın əvvəlki hissələrində bir nümunə vermiş və "birdən-birə" yaranan bir insandan danışmışdıq. Bu insanın, özünə və ətrafındakı mühitə nə qədər böyük bir heyrətlə və heyranlıqla baxacağını xatırlatmışdıq və sizin vəziyyətinizin də bu adamınkından əslində heç bir fərqinin olmadığını, ancaq vərdişlər nəticəsində, təəccüblənməyi, heyrətlənməyi, mükəmməllikləri hiss etməyi unutmuş ola biləcəyinizi vurğulamışdıq. Digər bir sözlə, bir çox insanın gözünün önündəki möcüzələri görə bilmədiyini ifadə etmişdik.

Quran ayələrində diqqət çəkilən mövzuların başında da, bu düşünmə tənbəlliyinin və vərdişlərdən qaynaqlanan laqeydliyin yox edilməsi gəlir. Quranda, iman etmək üçün möcüzə gəlməsini gözləyən və beləliklə, doğru yoldan sapan qövmlərdən danışılarkən, onsuz da ətrafımızın tamamilə "möcüzəvi" hadisələrlə dolu olduğu bildirilər. Quranda insanlar bir çox ayəylə təbiəti araşdırmağa və "Allahın varlıq dəlillərini"ni görməyə çağırılar. Çünki bütün təbiət, bütün kainat "yaradılmış" olduqlarını göstərən işarələrlə doludur və özlərini yaradan Uca Allahın güc, bilik və sənətini göstərmək üçün mövcuddurlar. İnsan, ağlından istifadə edərək bu işarələri görmək və Allahı tanımaqla məsuldur.

Biz bu hissədə Allahın yaratdığı canlılar arasında, Quranda adları verilərək diqqət çəkilən bir neçə nümunədən danışacağıq.