Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Həqiqəti düşündünüzmü?: Qurandakı din və ataların dini

Mündəricat
  1. Təməl suallar
  2. Quran barəsində düşünmək
  3. Qurandakı din və ataların dini
  4. Əsl dindarlar və saxta dindarlar
  5. Quranda təsvir edilən mömin
  6. Özümüzü sorğu-sual etmək
  7. Din əxlaqını yaşamayan insan modelinin zərərləri
  8. Möminlərin əsl yurdu: Cənnət
  9. İnkarçıları gözləyən cəhənnəm
  10. Yeni bir ölçü
  11. Gözümüzün önündəki möcüzələr
  12. Ağcaqanad
  13. Balarısı
  14. Dəvə
  15. Quranda təkrarlanan sözlər

Onlar yaramaz əməl etdikləri zaman:

“Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir” deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Əraf surəsi, 28

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” deyildikdə, onlar:

“Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?

Bəqərə surəsi, 170

Buddistlərdən totemlərə tapınan Afrika qəbilələrinə qədər bir çox cəmiyyət, dinlərini atadan qalma miras kimi tətbiq edir və bunların heç biri haqq din deyil. Çünki bu dinlərdə məqsəd, haqq dində olduğu kimi Allahın razılığını qazanmaq deyil, çox vaxt bəzi insanlar üçün ənənəni davam etdirmənin bəxş etdiyi nostalji zövqü yaşamaq, bəzən də mənfəət əldə etməkdir.

Quranda bildirilən dindəki təməl isə Allahın razılığıdır. Müsəlman bunu özünə təməl kimi qəbul etməlidir. Bu mövzudakı bir ayə mövzunu izah edir:

Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.

Tövbə surəsi, 109

Ayədən də aydın olacağı kimi, Allah rizası üzərində qurulmamış bir iman, bunun üzərində qurulmamış bir din anlayışı məqbul olmadığı kimi özü ilə birlikdə qorxunc bir aqibət də gətirir.