Allah üçün yaşamaq: Yalnız Allahın Rizasını Axtaranların Əbədi Məkanı: Cənnət
Mündəricat
- Allah rizası üçün ciddi bir səy
- Nəfsini tanımaq
- Şirkdən çəkinmək
- Allah Rizasının Ən Çoxunu Axtarmaq
- Allah rizasının açarı: Vicdan
- Allah üçün sevmək
- Mömin xüsusiyyətləri
- Möminlərə edilən təzyiqlər
- Cahil cəmiyyətində insanlara verilən dəyərin Ölçüsü
- Maddi dəyərlərə həddindən artıq əhəmiyyət verənlər
- Sonsuza qədər yaşamaq istəyi
- Cahil cəmiyyətindəki din anlayışı
- Allahdan Başqa İlahlar Qəbul Edənlərin Əbədi Məkanı: Cəhənnəm
- Yalnız Allahın Rizasını Axtaranların Əbədi Məkanı: Cənnət

Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır.
• İnsanın zövq aldığı və istədiyi hər şey və daha artığı vardır.
• Böyük bir mülk vardır.
• Hər yanı nemətlərlə doldurulmuşdur.
• Ölüm dadılmaz.
• Əbədi yurddur.
• Yorğunluq və ya sıxıntı duyulmaz.
• Sonsuz xoşbəxtlik vardır.
• Tam bir rahatlıq vardır.
• Olduqca genişdir.
• Xoş bir həyat vardır.
Haqqə surəsi, 21
• Hüzn və qorxu yoxdur.
Bəqərə surəsi, 62; Al-i İmran surəsi, 170; Fatir surəsi, 34; Əraf surəsi, 35
• Geniş ehtiram görülər.
• Qüsursuz bir şəkildə yeni bir yaradılışla yaradılmış, bakirə, tərtəmiz, hamar bədənli, iri gözlü və baxışları yalnız yoldaşlarına çevirmiş hurilər vardır. (Bəqərə surəsi, 25; Saffat surəsi, 49; Zuxruf surəsi, 70; Saffat surəsi, 48; Duxan surəsi, 54; Vaqiə surəsi, 22-23, 36-37; Rəhman surəsi, 56, 58, 70, 72; Nəbə surəsi, 33; Vaqiə surəsi, 35)
• Yüksək köşklər və gözəl məskənlər vardır.
• Narahat edici isti və ya soyuq yoxdur. Daima kölgəlikləri vardır.
İnsan surəsi, 13; Rad surəsi, 35; Mursəlat surəsi, 41; Nisa surəsi, 57
• İçindən çaylar axar.
• Süddən və baldan bulaqlar vardır.
• Yüksəklərdə qurulmuş döşək, ləl-cəvahiratlarla işlənmiş taxtlar vardır.
• Sıra-sıra yastıqlar, sərilmiş döşəkçələr, parlaq gözəllikdə döşəklər vardır.
• Bitib tükənməyən, hesabsız bir ruzi vardır.
• İçindəki nemətlər azalmaz.
• Rahatlıqla əldə edilən növbənöv meyvələr vardır. (Vaqiə surəsi, 28, 29, 32; Nəbə surəsi, 32; Haqqə surəsi, 23; Rəhman surəsi, 68; İnsan surəsi, 14)
• Tərtəmiz su qaynaqları vardır.
Mutaffifin surəsi, 28; Ğaşiyə surəsi, 12; Rəhman surəsi, 50; İnsan surəsi, 6,18
• Növbənöv incəliklər və gözəlliklər vardır.
• Atlasdan olan ağır işləməli yastıqlar vardır.
• Xidmət edən, tərtəmiz insanlar vardır.
• Saçılmış inci kimi ölümsüz vildanlar vardır.
• İçənlərə sərxoşluq verməyən dümağ, qatqısız bir şərab var. (Mutaffifin surəsi, 25, 26; İnsan surəsi, 5; Saffat surəsi, 46-47; Vaqiə surəsi, 19; Tur surəsi, 23)
• İpəkdən və ağır işlənmiş atlasdan olan paltarlar, qızıl, gümüş və mirvaridən bəzək əşyaları vardır.
• Yemək və içkilər qızıl və gümüşdən sinilər və səhənglərdə təqdim edilir.
• İçindəki yeməklərin dadları dünyadakılara bənzəyir.
Müsəlman, Allahın, dininə bağlananlara verdiyi bir addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq isə, bu insanların Allahın sonsuz qüdrətinin tam mənasıyla fərqində olmalarıdır.
Allahın böyüklüyünü qavramaq bunu sözlə təsdiq etməkdən ibarət deyil.

Müsəlmanlar Allahın varlığının və böyüklüyünün fərqinə varan, Onu çox sevən, Ondan "qorxub-çəkinən" və həyatlarını fərqinə vardıqları bu böyük həqiqətə görə təşkil edən insanlardır.