İndiyə qədər xüsusiyyətlərini saydığımız, Allahı lazım olduğu kimi təqdir edə bilməyən, bu səbəblə də "cahil" olma xüsusiyyətini daşıyan cəmiyyət quruluşu, dini də öz yanlış məntiq və inancları istiqamətində şərh etmişdir. Bunun nəticəsində ortaya çıxmış olan din anlayışı, Quranda Allahın əmr etdiyi həqiqi dindən çox fərqlidir. Rəbbimiz Quranda Məhəmməd Peyğəmbər-ə vəhy edilən dini, "... insanların "ağır yüklərini, üzərlərindəki zəncirləri endirən ... "(Əraf surəsi, 157), "içində heç bir çətinlik olmayan" bir din olaraq bildirir:
... O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı, atanız İbrahimin dinində olduğu kimi. O, bundan daha əvvəl də, bunda (Quranda) da sizi "Müsəlmanlar" olaraq adlandırdı ...
Quranda insanlar, düşünməyə, tabe olduqları səhv inam və yolları fərq edərək Allahın istədiyi şəkildə bir həyat tərzinə çağırılırlar. Cahil cəmiyyəti isə Quranın çox dəqiq və aydın mesajını görməzlikdən gələrək, İslam adına qatı mühafizəkar bir dini törətmişdir. Cahilliyənin meydana gətirdiyi bu yanlış din anlayışının bəzi xüsusiyyətlərini belə saya bilərik:
Quranda Allahın bildirdiyi din, yalnız Allaha qul olmağı və Ondan başqa varlıqları ilah etməməyi əmr edər. Buna görə insan yalnız Allahın razılığını axtarmaqla məsuldur, başqalarının məmnuniyyətini axtarmaq kimi bir məcburiyyəti yoxdur. Cahil isə, dini Allahın razılığını axtarmaq üçün bir yol kimi görmür. Cahil cəmiyyətin bu səhv anlayışına görə ortaya çıxan din, "insanlar nə deyər?" qorxusuna əsaslanan və həqiqi din əxlaqından tamamilə ayrı bir quruluşdur.
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar:
“Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?
Eyni mövzu, Maidə surəsi, 104; Ənam surəsi, 91; Əraf surəsi, 28 və daha bir çox ayədə təkrarlanır. - Dini bu səhv anlayışla qiymətləndirən bəzi cahil cəmiyyətin insanları, bu rəftarlarının təbii bir nəticəsi olaraq dinin ağıldan ayrı olduğu səhvinə qapılmışlar. Halbuki, Allahın Quranda bildirdiyinə görə ağıl, mömin olmanın əsasıdır. Möminlər davamlı düşünməyə, araşdırmağa və Allahın ayələrini bu yolla görüb tanımağa dəvət edilərlər. İman və ağıl bir-biri ilə əlaqəlidir; ağlı istifadə etməyin bir nəticəsi olaraq iman edilir, ağıldan istifadə olunduqca imanı daha da güclənər.
Cahil cəmiyyətin düşüncəsi dində olmayan bəzi qaydaları varmış kimi göstərir, halalı haram etməkdə bir qorxu görmür. Quranda, bir çox insanın çətinliyini duyduğu bu məntiqin səhvi bu şəkildə bildirilmişdir:
De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (De:
“Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”.
Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.
Cahilliyin meydana gətirdiyi batil anlayış səbəbiylə İslam, bəzi kəslər tərəfindən olduğundan çox fərqli tanıdılmaq istənmişdir. Halbuki İslam, ağlın, gözəlliyin, sevginin, anlayışın, mehribanlığın, mərhəmətin, təmizliyin, incəsənətin, keyfiyyətin, nəcibliyin hakim olduğu haqq dindir. Peyğəmbərlər, yaşadıqları dövrlərin ən mədəni insanlarıdır. Son dərəcə mədəni və estetik dəyərlərə sahib kəslərdir. Peyğəmbərimiz nəzakətil, estetik zövqünün keyfiyyətiylə, gözəlliyiylə, təmizliyiylə və üstün ağlıyla bütün möminlərə ən gözəl nümunədir. Süleyman Peyğəmbər da bu həqiqətin ən açıq nümunələrindən biridir. Sarayı arxitektura möcüzələri ilə, estetik məkanlarla doludur.
Müsəlman olmaq Allaha qul olmaq və Onun verdiyi nemətləri Ona şükür edərək istifadə etməkdir. Allahı tanımanın və həqiqətən üstün əxlaqlı bir insan ola bilməyin səyidir.
Həqiqi müsəlman, özünü yaradan sonsuz qüdrət sahibi Allahın razılığını axtaran, Onun razılığından başqa heç bir maddi və ya mənəvi qarşılıq gözləməyən adamdır.