Qurana görə yaşayan bir insan, sevgisini də Qurana görə yaşayanlara, yəni möminlərə yönəldəcək. Möminlərin, onları sevilməyə layiq edən və Allaha iman etmələrindən doğan bəzi xüsusiyyətləri vardır. Mömin, digər möminlərdə bu xüsusiyyətləri axtaracaq, bunları gördüyü üçün onları sevəcək. Bu xüsusiyyətlər bir adamda nə qədər çox ortaya çıxarsa, ona olan sevgisi də o qədər artacaq.
Allahın Quranda bildirdiyi mömin xüsusiyyətlərinin bəzilərini bu cür maddələrə bölə bilərik:
• Möminlər ancaq Allaha qulluq edərlər. Ondan başqa zehinlərində ilahlaşdırdıqları heç bir varlıq yoxdur.
• Qəti imanla iman etmişlər. Allahın razılığını qazanmaqdan dönmək kimi bir düşüncəyə əsla qapılmazlar. Hər gün daha şövqlü və həyəcanlı şəkildə xidmətlərini davam etdirərlər.
• Qurana qüvvətlə bağlıdırlar. Bütün hərəkətlərini Qurana görə nizamlayarlar. Qurana görə səhv olduğunu gördükləri bir rəftardan dərhal imtina edərlər.
• Davamlı Allahı xatırlayarlar. Allahın hər şeyi görən və eşidən olduğunu bilir, davamlı Allahın sonsuz qüdrətini ağıllarında tutarlar. (Al-i İmran surəsi, 191; Rad surəsi, 28; Nur surəsi, 37; Əraf surəsi, 205; Ənkəbut surəsi, 45)
• Allah qarşısında acizliklərini bilirlər. Təvazökardırlar. (Ancaq bu, insanlara qarşı aciz görünmək və əzik rəftarlar sərgiləmək demək deyil.)
• Hər şeyin Allahdan olduğunu bilirlər. Bu səbəblə, heç bir hadisə qarşısında təlaşa qapılmaz, hər zaman soyuqqanlı və təvəkküllü davranarlar. (Tövbə surəsi, 51; Təğabün surəsi, 11; Yunis surəsi, 49; Hədid surəsi, 22) • Axirətə yönəlmişlər, əsl hədəf olaraq axirəti müəyyənləşdirmişlər. Ancaq dünya nemətlərindən də faydalanar, dünyada da cənnət mühitinin bir bənzərini meydana gətirməyə çalışarlar. (Nisa surəsi, 74; Sad surəsi, 46; Əraf surəsi, 31-32)
• Yalnız Allahı və möminləri dost və sirdaş edərlər.
• Ağıl sahibidirlər. Hər an ibadət şüurunda olduqlarından davamlı diqqətli və oyanıqdırlar. Davamlı olaraq möminlərin və dinin lehinə ağıllı xidmətlər edərlər.
• Bütün gücləriylə Allah adına inkarçılara, xüsusilə inkarçıların rəhbərlərinə qarşı böyük bir fikri mübarizə apararlar. Heç qorxmadan və yorulmadan mübarizələrini davam etdirərlər.
• Allahın qoruması altındadırlar. Əleyhlərində qurulan bütün tələlər boşa çıxar. Allah, onları bütün böhtan və tələlərə qarşı qoruyaraq, onları üstün edər. (Al-i İmran surəsi, 110-111, 120; İbrahim surəsi, 46; Ənfal surəsi, 30; Nəhl surəsi, 26; Yusif surəsi, 34; Həcc surəsi, 38; Maidə surəsi, 42, 105; Nisa surəsi, 141)
• Namuslu davranarlar və Allahın istədiyi şəkildə evlənərlər. (Muminun surəsi, 5-6; Nur surəsi, 3, 26, 30; Bəqərə surəsi, 221; Maidə surəsi, 5; Mumtəhənə surəsi, 10)