Quran 14 əsr əvvəl Allah tərəfindən yer üzünə endirilmişdir. Quran bir elm kitabı deyildir. Ancaq içərisində bir sıra elmi açıqlamalar vardır. Bu açıqlamalar heç bir zaman müasir elmin ixtiraları ilə kəşf edilən bəzi həqiqətlər, 14 əsr əvvəl Quran tərəfindən bildirilmişdir. Bu da bizə, Quranın Allahın varlığını bildirən ən mühüm dəlillərdən biri olduğunu açıq göstərir.
Quran Gözü ilə Kainata Baxış Kainatın Əmələ Gəlməsi
Quran-i Kərimdə kainatın ortaya çıxması belə açıqlanır:
Quranda verilən bu məlumat çağdaş elmin ixtiraları ilə tam bir uyğunluq içindədir. Bu gün astrofizikanın gəldiyi qəti nəticə, bütün kainatın maddə və zaman ölçüləri ilə birlikdə, bir sıfır anında, böyük bir partlayış ilə əmələ gəldiyidir. "Böyük Partlayış", original adı ilə "Biq Banq" nəzəriyyəsi, bütün kainatın təxminən 15 milyard il öncə tək bir nöqtənin partlaması ilə yoxluqdən meydana gəldiyini sübut etmişdir. Böyük Partlayış nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elm çevrələri tərəfindən ortaq qəbul edilən yeganə elmi izahdır.
Binq Banqdən əvvəl maddə deyilən bir şey yox idi. Maddənin, enerjinin, hətta zamanın belə olmadığı, tamamilə metafizik olaraq müəyyən edilə biləcək bir yoxluq şəraitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizikanın ortaya qoyduğu bu böyük həqiqət, Quranda bizə 1400 il öncədən xəbər verilir.
Astronomiya elminin hələ inkişaf etməmiş olduğu bir dövrdə, 14 əsr öncə endirilən Quran-i Kərimdə kainatın genişləndiyindən belə bəhs edilir:
Ayədə keçən "göy" kəlməsi Quranın bir çox yerində kosmos və kainat mənasında istifadə olunur. Burada da bu mənada istifadə olunmuşdur. Yəni Quranda, kainatın genişləndiyi anda bildirilənlə eynidir.
Əsrimizin əvvəlinədək elm dünyasında hakim olan tək görüş, "kainatın dəyişməz bir quruluşa sahib olduğu və sonsuzdan bəri davam etdiyi" şəklində idi. ancaq müasir texnologiya sayəsində baş verən araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcının olduğunu və sürətlə "genişləndiyini" ortaya qoydu. Rus fiziki Aleksandr Fredmann və Belçikalı kainat alimi Georges Lemaitre, bu əsrin əvvəllərində kainatın fasiləsiz hərəkət halında olduğunu və genişləndiyini nəzəri olaraq hesabladılar. Bu həqiqət, 1929-cu ildə müşahidələrlə sübut olundu. Amerikalı astronom Edwin Hubble istifadə etdiyi nəhəng teleskopla göy üzünü araşdırarkən ulduzların və qalaktikaların sürətli olaraq bir-birlərindən uzaqlaşdıqlarını kəşf etdi. Hər şeyin davamlı olaraq bir-birindən uzaqlaşdığı bir kainat isə, sürətlə "genişlənən" bir kainat mənasına gəlməkdə idi. Kainatın genişlənməkdə olduğu, sonrakı illərdəki müşahidələrlə yəqinlik qazandı. Ancaq bu həqiqət, hələ heç bir insan tərəfindən bilinmədiyi halda Quranda əsrlər öncə açıqlamışdı. Çünki Quran, bütün kainatın yaradıcısı və hakimi olan Allahın sözüdür.
"Göylərlə Yer"in Bir-birindən Ayrılması
Göylərin yaradılışından bəhs edən başqa ayədə isə belədir:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilirlərmi?! Yenə də iman gətirməzlər?
Ayənin "bir-birilə bitişik" olaraq tərcümə edilən "ratq" kəlməsi, ərəbcə lüğətlərdə "bir-birilə iç-içə, ayrılmaz vəziyyətdə, qaynaşmış" mənalarına gəlir. Yəni tam bir bütün əmələ gətirən iki maddəni tanımaq üçün bu kəlmə istifadə olunur. Ayədə keçən "ayırdığımız" ifadəsi isə ərəbcə "fakt" felidir ki, bu fel "ratk" halındakı bir obyekti yarıb, parçalayıb çölə çıxması mənasına gəlir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması ərəbcədə bu fellə ifadə edilir. İndi ayədə təkrar baxaq. Ayədə göylərlə yerin bir-biriylə bitişik, yəni "ratq" vəziyyətində olduğu bir vəziyyətdən bəhs edilir. Arxasından bu ikisi "fatq" feli ilə ayrılırlar. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də, Biq Banqin ilk anını xatırladığımız zaman tək bir nöqtənin kainatın maddəsini içində topladığını görürük. Yəni hər şey, hətta hələ yaradılmamış olan "göylər və yer" belə bu nöqtənin içində "ratq" halındadırlar. Arxasından bu nöqtə şiddətlə partlayır və bu yolla maddələr "fatq" olurlar... Ayədə keçən ifadələri elmi ixtiralarla müqayisə elədiyimiz zaman tam bir harmoniya içində olduqlarını görürük. 14 əsr öncə xəbər verilmiş olan bu ixtiraların elmi olaraq ortaya qoyulması isə ancaq XX əsrdə mümkün olmuşdur.
Orbitlər
Quranda günəş və Aydan bəhs edilərkən hər birinin bəlli bir orbiti olduğu belə vurğulanır:
Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri səmada üzür.
Quranda bildirilən bu həqiqətlər, ancaq zamanımızdakı astronomik müşahidələrlə başa düşülmüşdür. Astronomiya mütəxəsislərinin hesablamalarına görə Günəş, Solar Apex adı verilən bir orbit boyu Veqa Ulduzu istiqamətində saatda 720 min km-lik güclü bir sürətlə hərəkət etməkdədir. Bu, təxmini bir hesabla, Günəşin gündə 17 milyon 280 min km. yol qət etdiyini göstərir. Günəşlə birlikdə onun cazibə sistemi içindəki bütün planetlər və peykləri də eyni məsafəni qət edirlər. Bundan başqa, kainatdakı bütün ulduzlar da buna bənzər planlı bir hərəkətə sahibdirlər.
Bütün kainatın bu şəkildə orbitlərlə təchiz olunmuş olduğu, yenə Quranda belə xəbər verilmişdir:
Kainatda təxminən 200 milyard qalaktika mövcuddur və hər qalaktikada cəmi 200 milyard ulduz var. Bu ulduzların bir çoxunun orbitləri, bu orbitlərin də peykləri vardır. Bütün bu göy cisimləri çox incə hesablarla üəyyən olunmuş orbitlərə sahibdir. Və milyonlarla ildir hər biri öz orbitində digərləri ilə qüsursuz bir uyğunluq və quruluş içində axıb gedir. Kainatdakı orbitlər sadəcə olaraq göy cisimlərinə aid deyildir. Qalaktikalar da heyrətləndirici sürətlə planlı və hesablı orbitlər üzərində hərəkət edirlər. Bu hərəkətləri əsnasında heç bir göy cismi bir digərilə toqquşmaz, yolları kəsişməz. Əlbəttə, Quranın endirildiyi dövrdə insanlıq, günümüzdəki kimi kosmosu milyonlarla kilometr uzaqlaradək müşahidə aparan teleskoplara, inkişaf etmiş müşahidə texnologiyalarına, müasir fizika və astronomiya biliklərinə sahib deyildi. Buna görə də, kosmos ayədə bildirildiyi kimi "dəqiq yollar və orbitlərlə təhciz olunmuş" olduğunu, o dövrdə elmi olaraq təsbit edə bilmək mümkün deyildi. Ancaq o dövrdə endirilmiş olan Quran-i Kərimdə bu həqiqət bizlərə açıq xəbər verilmişdir, çünki, Quran Allahın sözüdür.
Dünyanın Dairəvi Olması
Allah göyləri və yeri haqq olaraq yaratdı. O gecəni gündüzün üstünə sarıb örtür, gah gündüzü, gah da gecəni uzadır. (Zumər surəsi, 5). Quranın kainatı tanıdan ayələrində istifadə olunan ifadələr olduqca diqqət çəkir. Yuxarıdakı ayədə "sarıb örtmək" kimi tərcümə edilən ərəbcə kəlmə "tekvir"dir. Bu kəlmənin Azərbaycanca qarşılığı, "dairəvi bir şeyin üzərinə bir cism örtməkdir". Ayədə gecənin və gündüzün bir-birinin üzərlərini sarıb-örtmələri (tekvir etmələri) mövzusunda verilən bilik, eyni zamanda dünyanın şəkli mövzusunda qəti bir məlumat verməkdədir. Ancaq və ancaq yerin dairəvi olması vəziyyətində bu ayədə ifadə edilən fel baş verə bilər. Yəni VII əsrdə endirilən Quranda Yerin yumru olduğuna işarə edilmişdir. Unutmamaq lazımdır ki, o dövrdəki astronomiya anlayışı dünyanı daha fərqli təsəvvür edirdi. O dövrdə Yerin düz bir səthi olduğu düşünülürdü və bütün elmi hesab və açıqlamalar da buna görə edilirdi. Quran ayələri isə bizə hələ bu əsrdə öyrəndiyimiz bilikləri verməkdədir. Quran Allahın sözü olduğu üçün kainatı tərif edərkən ola bilən ən doğru kəlmələr istifadə olunmuşdur.
Qorunmuş Tavan
Quranda Allah, göy üzünün maraqlı bir xüsusiyyətinə belə diqqət çəkir:
Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki kafirlər ayələrimizdən üz döndərirlər.
Ayədə bildirilən göy üzünün bu xüsusiyyəti, XX əsrdəki elmi araşdırmalarla sübut olunmuşdur. Yer kürəsinin hər tərəfini əhatə edən atmosfer, canlılığın davamı üçün son dərəcə həyatı prosesləri yerinə yetirir. Yerə doğru yaxınlaşan irili-xırdalı bir çox metiroriti əridərək yox edər və bunların yer üzünə düşərək canlılara böyük zərər verməsinə mane olur. Atmosfer, bununla belə, kosmosdan gələn və canlılar üçün zərərli olan şüaları da filtre edir. işin maraqlı olan tərəfi, atmosferin sadəcə olaraq zərərsiz nisbətdəki şüaları, yəni görünən işıq, infroqırmızı şüalar və radio dalğaları keçirməsidir.
Bunların hamısı həyat üçün lazımlı şüalardır. Məsələn, atmosfer tərəfindən müəyyən nisbətdə keçməsinə izn verilən ultrabənövşəyi şüaları, bitkilərin fotosintez etmələrini və başqa bir ifadə ilə bütün canlıların həyatda qalmaları yayılan şiddətli ultrabənövşəyi şüalarının böyük hissəsi, atmosferin ozon təbəqəsində süzülür və Yer səthinə həyat üçün gərəkli olan az bir qismi çatır. Atmosferin qoruyucu xüsusiyyəti bunlarla bitmir. Yer kosmosun təqribən mənfi 270 dərəcəlik dondurucu soyuğundan yenə atsosfer sayəsində qorunur. Yeri zərərli təsirlərdən qoruyan, yalnız atmosfer deyildir. Atmosferlə birlikdə "Van Allen Qurşaqları" deyilən və yerin maqnetik sahəsindən qaynaqlanan bir təbəqə də, planetimizə gələn zərərli şüalara qarşı bir qalxan vəzifəsini görür. Günəşdən və digər ulduzlardan davamlı olaraq yayılan bu şüalar, insanlar üçün öldürücü təsirə sahibdir. Xüsusilə, Günəşdə tez-tez meydana gələn və "parıldama" adı verilən enerji partlayışları, Yerdəki bütün həyatı yox edə biləcək gücdədir. Van Allen Qurşaqlarının həyatımız üçün əhəmiyyətini Dr. Hugh Ross belə izah edir: Yer, Günəş sistemindəki planetlər arasında ən yüksək sıxlığa sahibdir. Bu manet sahə Van Allen radiasiya qoruyucu təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü radiasiya bombardmanından qoruyur. Əgər bu qoruyucu təbəqə olmasa idi, Yerdə həyat mümkün olmazdı. Maqnetik sahəsi olan və qayalıq ərazilərdən əmələ gələn digər tək planet Merkuridir. Fəqət bu maqnetik sahəsinin gücü Yerinkindən 100 qat daha azdır. Van Allen radiasiya qoruyucu təbəqəsi Yer kürəsinə məxsusdur. Keçdiyimiz illərdə təsbit edilən bir partlayışda açığa çıxan enerjinin, Herosimaya atılanın atom bombalarında 100 milyard dəfə daha güclü olduğu hesablanmışdır. Partlayışda 58 saat sonra kompasların əqrəblərində həddən çox hərəkətlər müşahidə edilmiş, Yer atmosferinin 250 km. üzərində istilik 2500 C-yə yüksəlmişdir. Qısası, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrə qarşı qoruyan mükəmməl bir sistem işləyir.
Dağların Vəzifəsi
Quranda dağların mühüm bir geoloji funksiyasına işarə edilməkdədir:
Yer onları silkələnməsin, atıb-tutmasın deyə, orada möhkəm dağlar yaratdıq...
Diqqət etsək, ayədə dağların yer üzündəki silkələnmələrin qarşısını alma xüsusiyyətinə sahib olduğu xəbər verilməkdədir. Quranın edildiyi dövrdə heç bir insan tərəfindən bilinməyən bu həqiqət, günümüzdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxarılmışdır. Bu kəşflərə görə, dağlar yer qabığını əmələ gətirən çox böyük təbəqəlrin hərəkətləri və toqquşmaları nəticəsində meydana gəlir. İki təbəqə toqquşduğu zaman daha möhkəm olanı o birinin altına girir. Üstdə qalan təbəqə qıvrılaraq yüksəlir və dağları meydana gətirir. Yəni dağların yer üzündə gördüyümüz kütlələri qədər, yer altına doğru irəliləyən dərin çıxıntıları da vardır. Elmi bir qaynaqda dağların bu quruluşu belə tərif edilir: Qitələrin daha qalın olduğu bölgələrdə yer qabığı mantiya qatına dərinləməsinə sancılır.^ Bir ayədə daşların bu işinə "dirək" bənzətməsi edilərək belə işarə edilir:
Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!
Bu xüsusiyyətlər sayəsində dağlar, yer üzü təbəqələrinin birləşmə nöqtələrində yer üstünə və yer altına doğru uzanaraq bu təbəqələri bir-birinə geydirər. Bu şəkildə, yer qabığını sabitləşdirərək maqma təbəqəsi üzərində ya da öz təbəqələri arasında sürüşməsinə mane olar. Qısası, dağları, taxtaları birlikdə saxlayan mismarlara bənzədə bilərik. Dağların bu sabitləyici xüsusiyyəti elmi ədəbiyyatda "izostasiya" termini ilə tanınır. İzostasiyanın mənası belədir:
İzostasiya:... Geologiyada dağların yer səthinin altında əmələ gətirdikləri yer səthinin altında əmələ gətirdikləri yer cazibə qüvvəsi sayəsində yer qabığının ümumi tarazlığının təmin olunmasıdır^. Göründüyü kimi, müasir geologiya və seysmik araşdırmalar nəticəsində kəşf edilən dağların çox həyati bir funksiyası, yüz illər öncə endirilmiş olan Quran-i Kərimdə Allahın yaratmasındakı üstün hikmətə bir örnək olaraq verilmişdir. Başqa bir ayədə belə buyrulur:
Allah göyləri, gördüyümüz kimi, dirəksiz yaratmış, sizi yırğalanmasın, atıb-tutmasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir.
Dəmir, Quranda diqqət edilən elementlərdən biridir. Quranın "Hədid", yəni "Dəmir" adlı surəsində belə buyrulur:
... Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də endirdik... (Hədid sürəsi, 25).
Ayədə dəmir üçün xüsusi olaraq insanların deyilən "endirmə" kəlməsi, məcazi olaraq insanların xidmətinə verilmə mənasında başa düşülə bilər. Fəqət kəlmənin, "göydən fiziki olaraq endirmə" şəklindəki həqiqi mənasına diqqət verildiyi zaman, ayənin çox mühüm bir elmi möcüzə olduğu görülür. Çünki müasir astronomiya kəşfləri, Yerdəki dəmir mədəninin xarici kosmosdakı böyük ulduzlardan gəldiyini ortaya qoymuşdur. Kainatda ağır metallar, böyük ulduzların nüvələrində hazırlanır. Günəş sistemimiz isə dəmir elementini öz quruluşunda hazırlaya bilən bir quruluşa sahib deyildir. Dəmir ancaq Günəşdən çox böyük ulduzlarda bir neçə yüz milyard dərəcəyə çatan istiliklərdə əmələ gələ bilməkdədir. Nova və supernova olaraq adlandırılan bu ulduzlardakı, dəmir miqdarı müəyyən bir nisbəti keçincə, artıq ulduz hunu daşımaz və partlayar. Bu partlayış nəticəsində, içində dəmir olan göy daşları kosmosa dağılar və bir göy cisminin cazibəsinə yaxalanıb toqquşana qədər boşluqda dolaşar. 41,42 Bütün bunlardan başa düşüldüyü kimi dəmir mədəni Yerdə əmələ gəlməmiş, göy daşları vasitəsilə supernovalardan daşınaraq, eyni ayədə bildirildiyi şəkildə "yerə endirilmişdir". Məlumatın Quranın endirilmiş olduğu VII əsrdə elmi olaraq təsbit edilməyəcəyi isə açıqdır. Ancaq bu həqiqət, hər şeyi sonsuz biliyi ilə əhatə edən Allahın sözü olan Quranda vardır. Bununla belə içində dəmirdən bəhs edilən Hədid surəsinin 25-ci ayəsi olduqca maraqlı iki riyazi şifrədən ibarətdir. "Əl-Hədid" Quranın 57-ci surəsidir. "Əl-Hədid" kəlməsinin ərəbcədəki riyazi dəyəri, yəni ebcedi hesablanarkən qarşımıza çıxan rəqəm də eynidir: "57". Sadəcə olaraq "hadid" kəlməsinin riyazi dəyəri 26-dır. 26 sayı isə dəmirin atom nömrəsidir.
Yağışlar
Yağış Yer üzündəki həyatın daavamı üçün həqiqətən ən önəmli faktorlardan biridir. Bu ərazidəki canlılığın davamı üçün də yağış şərtdir. Quran, insan daxil olmaqla bütün canlılar üçün bu cür əhəmiyyət daşıyan yağışlardan müxtəlif ayələrdə bəhs edir. Bundan başqa, yağışların əmələ gəlməsi, miqdarları və təsiri mövzusunda mühüm məlumat verir. Yenə o dövrün insanları tərəfindən əsla bilinməyəcək olan bu məlumatlar, bizə Quranın ilahi bir söz olduğunu göstərir. İndi Quranın yağışla əlaqədar bəhs edilən məlumatlarını sıra ilə araşdıraq.
Yağışdakı Ölçü
Quranda yağış haqqında verilən digər bir məlumat isə, yağışın müəyyən bir ölçü ilə endirilməsidir. Zuxruf surəsində belə buyrulur:
O Allah ki, göydən bir qədər su endirdi. Biz onunla ölü bir məmləkəti diriltdik. Siz də belə çıxardılacaqsınız.
Yağışdakı bu ölçü də yenə zamanımızdakı araşdırmalarla təsbit edilmişdir. Ölçülərə görə, yer üzündə bir saniyədə 16 milyon ton su buxarlanmaqdadır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu, eyni zamanda bir ildə Yer səthinə yağan yağışın miqdarıdır. Yəni su, davamlı bir tarazlıq içində, "bir ölçüyə görə" çevrilir qalır. Yer üzündə həyatın davamı da, bu su dövriyyəsi sayəsində təmin olunur. İnsan sahib olduğu bütün texniki imkanlardan istifadə etsə belə bu dövran əsla süni olaraq baş verə bilməz. Göydən sizin su endirən Odur. O sudan siz də, içində heyvanlarınızı otardığınız ağaclar və otlar da içər. Allah o su ilə sizin üçün əkin, zeytun, xurma ağacları və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır. (Nəhl surəsi, 10-11).
Əgər bu miqdarda ən kiçik bir dəyişiklik belə olsa, qısa bir vaxt keçdikdən sonra, böyük bir ekolaji tarazsız ortaya çıxacaq və bu da həyatın sonunu gətirəcəkdir.
Yağışın Əmələ Gəlməsi
Yağışın necə əmələ gəldiyi üzün zaman insanlar üçün bir sirr idi. ancaq hava radarlarının kəşf edilməsindən sonra, yağışın hansı mərhələlərdən keçərək əmələ gəldiyi dəqiqləşdi. Buna görə də, yağış üç mərhələdən keçərək əmələ gəlir:
Əvvəl külək yolu ilə yağışın "xammalı" havalanır. Sonra da buludlar meydana gəlir və ən son olaraq yağış damlacıqları ortaya çıxar. Quranda ağışın əmələ gəlməsi ilə əlaqədar bildirənlər isə, bütövlükdə bu proseslərdən söz etməkdədir. Bir ayədə bu əmələ gəlmə haqqında belə bir məlumatlar verilir:
Buludları hərəkət gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. O, yağışı bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.
İndi ayədə ifadə edilən üç mərhələni texniki olaraq araşdıraq.
I. Mərhələ: "Allah küləkləri göndərir..."
Okeanlardakı köpüklənmə ilə əmələ gələn saysız hava qabarcığı davamlı ortaya çıxdıqda və su zərrələri mütəmadi olaraq göy üzündə fırlanır. Duzlarla zəngin olan bu zərrələr daha sonra küləklərlə tanış olur və atmoferdə yuxarılara doğru yol alırlar. Aerozol adı verilən bu kiçik parçaları "su tələsi" adı verilən bir meonizma ilə yenə dənizlərdən yüksələn su buxarını öz əhatələrində minik damlalar halında toplayaraq bulud damlalarını əmələ gətirirlər. II. Mərhələ: "... Buludları hərəkətə gətirən, onları göy üzündə istədiyi kimi yarar və topa-topa edər... " Duz kristallarının ya da havadakı toz zərrələrinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damlacıqları çox kiçik olduqlarına görə (0,01 və 0,02 mm. ölçüsündə) havadan asılı qalırlar və göyə yayılırlar. Beləcə göy buludlarla örtülür.
III. Mərhələ: "... artıq buludların arasından yağış çıxdığı görürsən".
Duz kristallarının və toz zərrəciklərinin ətrafında bir yerə yığılan su damlalarını əmələ gətirirdər. Beləcə, havadan daha ağır bir vəziyyətə gələn damlalar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayırlar.
Göründüyü kimi, yağışın əmələ gəlməsindəki hər mərhələ, Quran ayələrində bildirilir. Üstəlik bu dövrlər doğru sıra ilə açıqlanmışdır. Dünyadakı bir çox təbii hadisədə olduğu kimi, bunda da Allah ən doğru izahi verməkdə, üstəlik bu izahi kəşf edilməsindən əsrlər öncə Quranla insanlara bildirir. Yağışın əmələ gəlməsi ilə əlaqədar olaraq başqa bir ayədə bu məlumatlar verilir:
Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir yerə toplayar, sonra da üst-üstə yığıb topa halına salar və görürsən ki, o buludların arasından yağış çıxar, sonra Allah göydən dağlar kimi dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər.
Bulud tipləri üzərində araşdırma aparan elm adamları yağışın əmələ gəlməsi ilə heyrətləndirici nəticələrlə qarşılaşmışlar. Yağış buludları müəyyən bir sistem və mərhələlər daxilində əmələ gəlməkdə və şəkillənməkdədir. Yağış buludlarından biri olan cumulonimbus növü olan buludların əmələ gəlmə mərhələləri elmi olaraq belədir: I. Mərhələ. İtələnmə. Buludlar küləklər tərəfindən olduqları yerdən itələnirlər, yəni qovulur. II. Mərhələ. Birləşmə. Külək tərəfindən qovulan bu kiçik ölçülü buludlar (cumulus) qovulduqları yerdə birləşib yeni böyük buludları əmələ gətirir. III. Mərhələ. Yığılma. Kiçik buludlar birləşdikdən sonra buludun içindəki cazibə qüvvəsi yuxarıya doğru artar. Buludun mərkəzindəki yuxarı cazibə qüvvəsi kənarlardakı cazibədən daha güclüdür. Bu yuxarıya doğru cazibələr buludun gövdəsinin şaquli olaraq böyüməsinə səbəb olur. Beləcə, buludlar yuxarıya doğru genişlənərək üst-üstə yığılır. Bu şaquli olaraq böyümüş buludun gövdəsinin atmosferin daha sərin yerlərinə doğru uzanmasına səbəb olur. Bu nöqtədə atmosferin sərin yerlərində buludda su və dolu damlaları böyüməyə başlayır. Bu mərhələlərin nəticəsində, su və dolu damlaları-yuxarıya cazibə gücünün onları dəstəkləməyəcəyi qədər-ağırlaşdıqları zaman da buludlardan yağış, dolu və s. şəkildə düşməyə başlayırlar. Yaddan çıxartmaq olmaz ki, meteoroqloqlar bulud əmələ gəlməsi, quruluşu və funksiyası ilə əlaqədar faktları müasir avadanlıqlar (təyyarə, peyk, kompüter və s.) istifadə edərək yaxın zamanda öyrənmişlər. Göründüyü kimi, Allah bu ayələrində də bizə 1400 il əvvəl bilinməsi mümkün olmayan bir məlumat vermişdir.
Dənizlərin Bir-birinə Qarışmaması
Dənizlərin, tədqiqatçılar tərəfindən çox bir keçmişdə təsbit edilən bir xüsusiyyəti, Quranın Rəhmən surəsində belə bildirir:
Suları şirin və acı olan iki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar.
Bir-birinə açılan, fəqət suları qətiyyən bir-birilə qarışmayan dənizlərin ayədə bildirilən bu xüsusiyyəti, okean alimləri tərəfindən çox yaxın bir zaman əvvəl kəşf edilmişdir. "Səth daralması" adı verilən fiziki bir qüvvə səbəbiylə, qonşu dənizlərin sularının bir-birinə qarışmadığı ortaya çıxmışdır. Dənizlərin fərqli sıxlıqlarından qaynaqlanan səth daralması, adətən bir divar kimi sularının bir-birinə qarışmasına mane olur. Əlbəttə ki, işin əsl möcüzəvi tərəfi, insanların, nə fizikadan, nə səthin daralmasından, nə də okean elmindən xəbərdar olmadıqları bir dövrdə bu həqiqətin Quranda bildirilmiş olmasıdır.
İnsanın Doğulması
Quranda insanlar imana çağrılarkən olduqca fərqli mövzulardan bəhs edilir. Allah, bəzən göyləri, bəzən yer üzünü, bəzən heyvanları və bitkiləri insana dəlil göstərir. Yenə bir çox ayədə insanın özü öz yaradılışına dönüb baxması nəsihət edilir. İnsanın yer üzünə necə gəldiyi, hansı mərhələlərdən keçdiyi və təməl maddəsinin nə olduğu tez-tez xatırladılır. Məsələn, bir ayədə belə deyilir:
Ey kafirlər! Biz sizi yoxdan yaratdıq. Məgər qiyamət günü yenidən diriləcəyinizi təsdiq etməzsiniz? Bəs bətnlərə axıtdığınız nüftəyə nə deyirsiniz? Ondan insan yaradan sizsiniz, yoxsa Bizi?!
İnsanın yaradılışı və bunun möcüzəvi xüsusiyyəti, daha bir çox ayədə vurğulanır. Ancaq bu vurğular arasında elə elmi faktlar vardır ki, bunlar VII əsrdə yaşayan insanların əsla bilmədiyi incəliklərdir. Budur, bunlardan bəziləri: İnsan məni mayenin hamısından deyil, əksinə çox kiçik bir parçasından (spermadan) yaradılır. Uşağın cinsiyyətini kişi müəyyən edir İnsan embriyonu ana bətninə adətən bir zəli kimi yapışır. İnsan ana bətnində 3 qaranlıq mərhələ içində inkişaf edir. Quranın endirildiyi əsrdə də insanlar əlbəttə, doğumun maddəsinin cinsi əlaqədən sonra kişidən gələn məni ilə əlaqədar olduğunu bilirdilər.uşağın təqribən 9 ayda da asanlıqla müşahidə edilən, bilmək üçün araşdırma tələb etməyən bir mövzu idi. Ancaq yuxarıda bildirdiyimiz məlumatlar o dövrün insanın bilik səviyyəsinin çox üzərində idi. bunlar, ancaq XX əsr tərəfindən kəşf edildi. İndi bu məlumatları sıra ilə araşdıraq.
Mənidən Bir Damla
Cinsi əlaqə zamanı kişi dən bir dəfədə təqribən 250 milyon sperma axır. Spermalar yumurtaya çatana qədər ananın vücuduna çətin bir yol keçirlər. Bu yolda 250 milyon spermanın ancaq min qədəri yumurtaya çatmağa müvəffəq olur. Beş dəqiqə sonra sona çatacaq yarışın sonunda yarım düz dənəsi böyüklüyündəki yumurta spermadan yalnız birini qəbul edir. yəni insanın özü\, məninnin hamısı deyil, ondan kiçik bir hissədir. Quranda bu həqiqət belə açıqlanmışdır:
Məgər insan elə güman edir ki, o, başlı-başlına cəzasız buraxılacaq. Məgər o, ata belindən ana bətninə tökülən bir qətrə nüftə deyildimi?!
Qiyamət surəsi, 36-37
Diqqət etsək, görərik ki, Quranda insanın məninin hamısından deyil, onun içindən alınan kiçik bir parçadan yaradıldığı xəbər verilməkdədir! Bu ifadədəki xüsusi vurğunun, ancaq müasir elm tərəfindən kəşf edilən bir həqiqəti açıqlaması isə, ifadənin ilahi qaynaqlı bir məlumat olduğunun dəlilidir.
Mənidəki Mürəkkəblik
Məni olaraq adlandırılan və spermaları daşıyan bəsləyici maye, sadəcə olaraq spermalardan əmələ gəlməz. Əksinə, məni bir-birindən fərqli mayelərin qarışığından əmələ gəlir. Bu mayelərin vəzifələri arasında, spermanın ehtiyac duyduğu enerji tələbatını ödəyəcək olan şəkərə sahib olmaq bəzi xüsusiyyəti ilə ana bətni girişindəki turşuları neytranlaşdırmaq, spermanın hərəkət edəcəyi sürüşkən vəziyyəti təmin etmək sayıla bilər. Nə maraqlıdır ki, Qurandan mənidən bəhs edilərkən, müasir elmin ortaya çıxartdığı bu həqiqətə də işarə edilməkdə və məni "qarmaqarışıq" bir maye kimi tərif edilməkdədir:
Həqiqətən, Biz insanı qarışıq bir nüftədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq.
Burada "öz" deyə tərcümə edilən ərəbcə "sulala" kəlməsi, öz ya da bir şeyin ən yaxşı qismi deməkdir. Hansı şəkildə alınırsa alınsın "bütövün bir parçası" mənasına gəlir. Bu vəziyyət, Quranın insan yaradılışını ən incə xırdalığına qədər bilən bir İradənin sözü olduğunu açıq göstərməkdədir. Bu İradə, insanı yaratmış olan Allaha aiddir.
Uşağın Cinsiyyəti
Yaxın bir zamana qədər, insanlar, uşağın cinsiyyətinin ana hüceyrələri tərəfindən müəyyənləşdiyini sanırdılar. Ya da ən azından, ana və atadan gələn hüceyrələrin birlikdə cinsiyyəti müəyyənləşdirdikləri zənn edilirdi. Ancaq Quranda bu mövzuda fərqli bir məlumat verilmiş və erkəklik və dişiliyin, "bətnə tökülən mənidən" yaradıldığı bildirilmişdir:
Hər bir sırf erkək və dişi yaradan Odur. Bir qətrə nüftədən axıb töküldüyü zaman
Quranda verilən bu məlumatın doğruluğu, genetik və mikrobiolgiya elmlərinin inkişafı ilə birlikdə elmi olaraq da sübut edildi. Cinsiyyətin tamamilə, kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolunun olmadığı ortaya çıxdı. Cinsiyyətin müəyyən olunmasındakı amil, xromosomlardır. İnsan quruluşunu müəyyən edən 46 xromosomdan iki dənəsi cinsiyyət xromosomu adlandırılır. Bu iki xromosom kişidə XY, qadında isə XX olaraq tanınır. Bunun səbəbi bəhs edilən xromosomların bu hərflərə bənzəməsidir. Y xromosomu kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır. Bir insanın əmələ gəlməsi, kişi və qadında cütlər halında yer alan bu xromosomların bir dənəsinin birləşməsi ilə başlayır. Qadında yumurtalama zamanı iki yerə ayrılan hüceyrənin hər iki parçası da X xromosomunu daşıyır. Kişi də ikiyə ayrılan hüceyrə, X və Y xromosomları daşıyan iki fərqli sperma ilə birləşərsə, doğulacaq uşaq qız olar, Y xromosomunu daşıyan sperma ilə birləşərsə, bu dəfə doğulacaq uşaq oğlan olar. Yəni doğulacaq uşağın cinsiyyəti, kişidəki xromosomlardan hansının qadının yumurtası ilə birləşəcəyinə bağlıdır. Şübhəsiz, genetika elmi ortaya çıxanadək, yəni XX əsrə qədər bunların heç biri bilinmirdi. Əksinə bir çox mədəniyyətdə, doğulacaq uşağın cinsiyyətinin qadın tərəfindən təyin edildiyi inancı yayılmışdı. Hətta bu səbəblə qız uşağı doğan qadınlar qınanırdı. Lakin, Quranda, insanlara genlərin kəşfindən 13 əsr əvvəl bu batil inancı rədd edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyini qadın deyil, kişidən gələn məni olduğu bildirilmişdir.
Bətnə Asılıb Qalan "Alaq"
Quranın insana əmələ gəlməsi haqqında verdiyi məlumatları araşdırmağa davam etdiyimiz zaman, yenə çox mühüm bəzi elmi möcüzələrlə qarşılaşırıq. Kişidən gələn sperma və qadındakı yumurta birləşərkən, doğulacaq uşağın ilk özəyi əmələ gəlmiş olur. Biologiyada "ziqot" kimi tanınan bu tək hüceyrə, heç vaxt itirmədən böyünərək çoxalacaq və gedərək kiçik bir "ət parçası" halına gələcəkdir. Ancaq ziqot bu böyüməsini boşluqda həyata keçirtmir. Bətn divarına asılıb qalır. Sahib olduğu çıxıntılar sayəsində torpağa yapışan köklər kimi, buraya yapışır. Bu bağ sayəsində də, inkişafı üçün ehtiyac duyduğu maddələri ananın vücudlardan əmə bilər. Burada çox mühüm bir Quran möcüzəsi ortaya çıxmaqdadır. Allah Quranda, ana bətninə yapışaraq inkişafa başlayan ziqotdan bəhs edərkən, "alaq" kəlməsini istifadə edir. Yoxdan yaradan Rəbbinin adı ilə oxu. O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. (Alaq surəsi, 1-3). "Alaq" kəlməsinin ərəbcədəki mənası isə "qan laxtası" deməkdir. Hətta kəlmə əsl olaraq dəriyə yapışaraq oradan qan əmən zəlilər haqqında istifadə olunur.
Sümüklərin Əzələ ilə Sarılması
Quran ayələrində xəbər verilən digər bir mühüm məlumat isə, insanın ana bətnində əvvəl sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlər ortaya çıxaraq bu sümükləri sardığı xəbər verilir:
Sonra nüftəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur. (Muminin sürəsi, 14).
Ana bətnindəki inkişafı araşdıran elm sahəsi embrologiyadır. Və embrologiya sahəsində, yaxın vaxta qədər sümüklərlə əzələlərin birlikdə ortaya çıxaraq inkişaf etdikləri zənn edilirdi. Buna görə bəzi adamlar uzun bir zaman bu ayələrin elmə tərs düşdüyünü iddia etmişlər. Ancaq inkişaf edən texnologiya sayəsində aparılan daha qabaqcıl mikroskopik araşdırmalar, Quranda bildirilənlərin hamısının doğru olduğunu ortaya qoymuşdur. Bu mikroskopik araşdırmalar göstərir ki, ana bətnində, tam ayələrdə izah edildiyi kimi bir inkişaf baş verir. Əvvəl embriyondakı qığırdaq toxuma sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan seçilərək bir yerə gəlir və sümükləri əhatə edər. Bu vəziyyət, "Developinq Human", yəni "inkişaf edən insan" adlı elmi bir jurnalda belə tərif edilir: 6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər əmələ gəlməyə davam edərkən əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan seçilərək əzələ kütləsini meydana gətirirlər. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır. 47 Qısacası, insanın Quranda tərif edilən əmələ gəlmə mərhələləri, müasir embrologiyanın kəşfləri ilə tam bir harmoniya içindədir.
Uşağın Bətndəki Üç Mərhələsi
Quranda insanın ana bətnində üç mərhələli bir yaradılışla yaradıldığı bildirilməkdədir:
... O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Hökm Onundur. Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə dönürsünüz?
Diqqət etsək, ayədə insanın ana bətnində birindən digərinə fərqliləşən üç ayrı mərhələlədə meydana gəldiyinə işarə edilir. Həqiqətən də, bu gün müasir biologiya, uşağın ana bətnində embrioloji inkişafının üç fərqli mərhələlərdə baş verdiyi ortaya qoymuşdur. Bu gün tibb fakültəlrində dərs kitabı olaraq oxudulan bütün embriolojiya kitablarında bu mövzu ən fundamental məlumatlar arasındadır. Məsələn, embriologiya haqqında əsas müraciət kitablarından biri olan "Basic Human Embriology" adlı kitabda bu həqiqət belə ifadə edilir: Bətndəki həyat üç mərhələdən əmələ gəlir: preembriyonik (ilk 2,5 həftə), embrionik (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuma qədər) 48 Tibb dilində "trimeester", yəni "üç dövr" olaraq tanınan bu mərhələləruşağın fərqli inkişaf mərhələlərindən ibarətdir. Bu üç inkişaf səhifəsinin bəlli xüsusiyyətləri qısaca belədir:
-Preembriyonik mərhələ:
Əsasən, "10ci trimester" olaraq xatırlanan bu ilk mərhələdə ziqot bölünərək çoxalır, bir hüceyrə kütləsi halına gəldikdən sonra özünü bətn divarına yapışır. Hüceyrələr çoxalmağa davam edərkən 3 təbəqə halında təşkilatlanır.
-Embriyonik mərhələ:
"2-ci trimester" olaraq da tanınan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və bu müddət boyunca canlı "embriyo" olaraq adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin təməl orqan və sistemləri ortaya çıxır.
-Fetal mərhələ:
Hamiləliyin "3-cü trimesteri" olaraq adlandırılan mərhələyə girildiyi zaman embriyon artıq "fetus" deyə adlandırılır. Bu mərhələ hamiləliyin səkkizinci həftəsindən etibarən başlayır və doğuma qədər davam edir. əvvəlki mərhələdən fərqlənən xüsusiyyəti fetusun üzü, əlləri, və ayaqları müəyyən olunan insanın xarici görünüşünə sahib bir canlı olmasıdır.mərhələnin başında 3 sm. ölçüsündə olmasına baxmayaraq bütün orqanları ortaya çıxmışdır. Bu mərhələ 30 həftəyə qədər davam edir və inkişaf isə doğum həftəsinə qədər davam edər. Ana bətnindəki inkişaf ilə əlaqədar bu məlumatlar, ancaq müasir texnologiya alətlərlə aparılan müşahidələr sayəsində əldə edilmişdir. Ancaq göründüyü kimi bu məlumatlar da, digər bir çox elmi həqiqət kim, möcüzəvi bir şəkildə Quran ayələrində xəbər verilmişdir. İnsanlığın tibbi mövzularda heç bir incəliklə biliyə sahib olmadığı bir dövrdə də, Quranda bu dərəcədə təfərüatlı və doğru məlumatlar verilmiş olması, əlbəttə Quranın insan sözü deyil, Allah Kəlamı olduğunun açıq bir sübutudur.
Barmaq İzi
Quranda, insanların ölümündən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilərkən, insanların xüsusilə barmaq uclarına diqqət edilir:
Bəli, biz onun barmaqlarını da düzəltməyə qadirik.
Qiyamət surəsi, 4
Ayədə barmağın vurğulanması son dərəcə hikmətlidir. Çünki bütün insanların barmaq izi tamamilə özünə xasdır. Bu an yer üzərində yaşayan hər insanın barmaq izi bir-birindən fərqlənir. Bundan başqa, tarix boyunca yaşamış insanların barmaq izləri də bir-birindən fərqlidir. Bu səbəbdən barmaq izi, hər kəsə xüsusi bir çox mühüm bir "şəxsiyyət vəsiqəsi" sayılmaqda və bütün dünyada bu məqsədlə istifadə edilir.
Ancaq mühüm olan isə, barmaq izinin özünəməxsusluğunun ancaq XIX əsin axırlarında kəşf edilmiş olmasıdır. Ondan əvvəl, insanlar barmaq izini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər olaraq görmüşlər. Fəqət, Quranda o dövrdə heç kimin diqqətini belə çəkməyən barmaq izləri vurğulanır və bu izlərin ancaq zamanımızda qeyd edilən əhəmiyyətinə diqqət yetirilir.