Kainat 6 Gündəmi, 8 Gündəmi Yaradılıb?

Ateist dostlar Qurandakı 6 gündə yaradılış mövzusunu ziddiyyətli görürlər. Bir ayədə ”yeri, göyü və ikisi arasındakıları 6 gündə yaratdım” deyir. Digər ayədə ”yeri iki gündə” yaratdığını bildirir. Başqa ayədə ”göyü iki gündə” yaratdığını bildirir. Başqa bir ayədə də ”yerdə sarsılmaz dağları və ruzuları dörd gündə” yaratdığını bildirir.
Bu ayələrə baxaraq 2 gün yer, 2 gün göy, 4 gün yerdəki dağlar və ruzular yaradılmış deyirlər. Bunun cəmi də 6 deyil, 8 deyirlər. Bunu ziddiyyət kimi təqdim edirlər. Lakin bir az düşünən hər kəsin rahatlıqla anlayacağı bir mövzudur bu. Nümunə ilə izah edək;
Məsələn, axşam yeməyi hazırlayırsınız. Menyuda şorba, plov, ət, şirniyyat, salat var. Bütün bunları bir saata etdim deyirsiniz.
Şorbanı yarım saata etdim, əti yarım saata etdim. Plovu, salatı və şirniyyatı da 15 dəqiqəyə etdim deyirsiniz.
Baxdığınızda 1 saat 45 dəqiqəyə etmiş kimi görünürsünüz. Buradan nə anlayırıq? Deməli, bu yeməklərin bəzilərini eyni vaxtda etmisiniz. Və hamısı cəmi 1 saat çəkmişdir.
Müvafiq ayələr:
Allah; göyləri, yeri və ikisi arasında olanları altı gündə yaratdı, sonra ərşə istiva etdi… (Səcdə surəsi, 4)
De ki: “Həqiqətən sizmi yeri iki gündə yaradanı inkar edirsiniz və Ona bir sıra şəriklər qoşursunuz?… “ (Füssilət surəsi, 9)
Beləliklə, onları iki gün içində yeddi göy olaraq tamamladı və hər bir göyə əmrini vəhy etdi… (Füssilət surəsi, 12)
Orada (yerdə) onun üstündə sarsılmaz dağlar var etdi, orada bərəkətlər yaratdı və istəyib-axtaranlar üçün bərabər olmaq üzrə oradakı ruzuları dörd gündə təqdir etdi. (Füssilət surəsi, 10)
Altı Gündə Yaradılışın Elmi İzahı
Ayədə keçən 6 gün ifadəsi, bizim anladığımız mənada 1 həftənin bir əskiyi, 24 saatlıq dilimdən ibarət 6 gün deyil. Mərhələ mənasındadır. Allah zaman və məkandan kənardadır. Allah dərgahında hər şey tək bir anda olmuş və bitmişdir. Zamana və məkana tabe olan bizik…
Zamanın nisbiliyi nəzərə alındıqda, “gün” yalnız bugünkü şəraiti ilə, Yer üzərində qavranılan 24 saatlıq bir zaman dilimini ifadə etmir. Lakin kainatın başqa bir yerində, başqa bir zamanda və şəraitdə “gün” çox daha uzun müddətli bir zaman dilimidir.
Necə ki, bu ayələrdə (Səcdə surəsi, 4; Yunus surəsi, 3; Hud surəsi, 7; Furqan surəsi, 59; Hədid surəsi, 4; Qaf surəsi, 38; Əraf surəsi, 54) keçən 6 gün (sitteti eyyamin) ifadəsindəki “eyyamin” sözü, “günlər” mənası ilə yanaşı “çağ, dövr, an, müddət” mənalarını da verir.
Big Bang anındakı enerji, kainat saatının zaman axını sürətini milyon dəfə milyon (10¹²) dəfə yavaşlatmışdır. Kainat yaradıldıqda, kainat zamanının axın əmsalı -bu gün qavranıldığı şəkildə- milyon dəfə milyon qat qədər daha böyük idi, yəni zaman daha sürətli axırdı. Beləliklə, Yerdə milyon dəfə milyon dəqiqəni yaşadığımız zaman, kainat saatı üçün yalnız bir dəqiqə keçmiş olur.
6 günlük zaman dilimi, zamanın nisbiliyi nəzərə alınaraq hesablandıqda, 6 milyon dəfə milyon (trilyon) günə bərabər gəlir. Çünki kainat saatı, Yerdəki saatın axın sürətindən milyon dəfə milyon daha sürətli axır. 6 trilyon günün qarşılıq gəldiyi il sayı təxminən 16,427 milyarddır. Bu rəqəm günümüzdə kainatın təxmin edilən yaş aralığındadır.
6.000.000.000.000 gün / 365,25 = 16.427.104.723 il
Yaradılışın 6 gününün hər biri -bizim zaman qavrayışımızla- bir-birindən fərqli zamanlara qarşılıq gəlir. Bunun səbəbi zamanın axın əmsalının kainatın genişlənməsi ilə tərs mütənasib olaraq azalmasıdır.
Big Bangdən etibarən kainatın böyüklüyü hər iki qat artdıqda, zamanın axın əmsalı yarıya düşmüşdür. Kainat böyüdükcə, kainatın iki qat artma sürəti də getdikcə artan şəkildə yavaşladı.
Bu genişlənmə nisbəti, Fiziki Kosmologiyanın Əsasları adlı dərsliklərdə izah edilən, dünyanın hər yerində geniş şəkildə bilinən elmi bir həqiqətdir.
Yaradılışın hər gününü Yer zamanı ilə hesabladığımızda qarşımıza aşağıdakı vəziyyət çıxır:
- Zamanın başladığı andan etibarən baxıldıqda, yaradılışın
- günü (1. dövr) 24 saat çəkmişdir. Lakin bu müddət, bizim zamanı Yerdə qavradığımız şəkildə 8 milyard ilə bərabərdir.
- Yaradılışın 2. günü (2. dövr) 24 saat çəkmişdir. Lakin bu, bizim qavrayışlarımızla bir əvvəlki günün yarısı qədər çəkmişdir. Yəni 4 milyard il.
- 3. gün (3. dövr) isə yenə bir əvvəlki gün olan 2. günün yarısı qədər çəkmişdir. Yəni 2 milyard il.
- 4. gün (4. dövr) 1 milyard il,
- 5. gün (5. dövr) 500 milyon il,
- və 6. gün (6. dövr) 250 milyon il çəkmişdir.
- Nəticə: Yaradılışın 6 günü, yəni 6 dövrü, Yer zamanı ilə toplandıqda, 15 milyard 750 milyon il tapılır. Bu rəqəm günümüzdəki təxminlərlə böyük bir paralellik içindədir.