Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Ateist Cəfəngiyyatına Bir Nümunə “Quranda Niyə Qar Sözü Keçmir”

Allahın kəlamı Quranda ziddiyyət axtaran bəzi pis niyyətli insanların, ən sadə mövzularda belə, səmimi olmayan bəzi iddialar irəli sürməsi vəziyyətinə nümunə təşkil edəcək daha bir iddia…

İddiaya görə; “Quranı Hz.Məhəmməd yazmışdır və Ərəbistan Yarımadasına qar yağmadığı üçün Quranda “qar, dolu, şeh” kimi təbiət hadisələrindən heç bəhs edilməmişdir.”

Təxminən səksən ayədə “Hələ də Düşünməyəcəksinizmi” deyə düşünməyə təşviq edildiyimiz və insanların anlayacağı şəkildə “ biz onu asanlaşdırdıq” deyə xəbərdar edildiyimiz Quranda mövzu necə keçir;

Nur surəsi 43. Ayə,

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُزْجِى سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُۥ ثُمَّ يَجْعَلُهُۥ رُكَامًا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍ فِيهَا مِنۢ بَرَدٍ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصْرِفُهُۥ عَن مَّن يَشَآءُ يَكَادُ سَنَا بَرْقِهِۦ يَذْهَبُ بِٱلْأَبْصَٰرِ

Görmürsənmi ki, Allah buludları sövq edir. Sonra, onları qaynaşdırıb üst-üstə yığır. Nəhayət yağışın, onların arasından yağdığını görürsən. O, göydən, oradakı dağ (kimi bulud)lardan Doluları (Min Beredin) endirir də onu dilədiyinə isabət etdirir, dilədiyindən də geri çevirir. Bu buludların şimşəyinin parıltısı az qala gözləri alacaq.

  1. el vedka: yağış
  2. yahrucu: çıxar
  3. min hılâli-hi: onun arasından
  4. ve yunezzilu: və endirir
  5. min es semâi: səmadan
  6. min cibâlin: (dağlardan) bir dağ
  7. fî-hâ: onun içində
  8. MİN BEREDİN: BUZDAN, DOLUDAN
  9. fe yusîbu: beləliklə isabət etdirir

Ayədən də anlaşılacağı kimi “min beredin” sözü “dolu, buz” mənasındadır. Qar yağışının görülmədiyi bir iqlimin hakim olduğu bölgəyə nazil olan Müqəddəs Kitabda “doludan” bəhs edilməsi iddianın keçərsizliyini və səmimiyyətsizliyinə dəlil təşkil edir. Belə ki, “dolu” sözü Quranda keçməsəydi belə bu vəziyyət, Quranın Hz Məhəmməd tərəfindən yazıldığı iddiasını keçərli etmədiyi kimi Quranda hər hansı bir ziddiyyət iddiasına nümunə olaraq da gətirilə bilməz.

Nəticə olaraq, günümüz ateistlərinin istifadə etdikləri arqumentlərin bu qədər məntiqsiz və çürük təmələ əsaslanması; həqiqətə çatmaq üçün sorğulamadıqları kimi yeganə məqsədlərinin də Qurana iftira atmaq olduğunun açıq bir sübutudur.