Oksigen, su, yeməklər, günəş şüası, gündüz və gecə. Bunlar bədəninizin ehtiyaclarıdır, bunlarla yanaşı ruhunuzun zövq alacağı gözəlliklərə də ehtiyacsınız. Gözəl mənzərə, gözəl insan üzü, estetik məkanlar və sair və il axır.
Dünya bu cür nemətlərlə doludur, lakin bəzi insanlar bunlardan xəbərsizdir. Yaşdıqları sıxıntılar içində gözəllikləri görə bilməyəcək hala gəliblər. Bu mənfi ruh halının səbəbi, həmin bu insanların Allahdan uzaq yaşamaları, imansız olmalarıdır. Din əxlaqı yaşanmadıqda, mütləq sıxıntılı həyat yaşanılar.
Allahın razı qalacağı gözlənilən rəftar isə, bütün dünya nemətlərinin Rəbbimizin lütfü olaraq bizə çatdığını qavramaq və Ona qarşı həmişə şüküredici əxlaq sərgiləməkdir. Bu gözəl əxlaqı yaşayan insan Rəbbimizdən gələn gözəllikləri və nemətləri hər an hiss edəcək və nemətlərdən lazımınca zövq alacaq.
...Xurma ağacının tumurcuqlarından, yerə sallanmış salxımlar, (bir-birinə bənzəyən və bənzəməyən) üzüm bağları, zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirəcək insanlar üçün dəlillər var.
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün qat-qat artırar. Allah (lütfü) bol Olandır, Biləndir.
Yer üzündə bir-birinə yaxın müxtəlif qitələr, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin verdikləri məhsula görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda ağlını işlədən insanlar üçün dəlillər vardır.
Yaxşı şəhərin bitkisi Rəbbinin icazəsi ilə bitər, pis şəhərdə isə, yalnız qurumağa üz tutmuş bitki bitər. Biz ayələri şükür edən bir qövmə beləcə müxtəlif formalarda izah edirik.
Allah onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda düşünə bilən insanlar üçün dəlillər vardır.