Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda səbrin əhəmiyyəti: Nəticə

Mündəricat
  1. Giriş
  2. Quranda Səbir necə Təsvir Olunur?
  3. Kimlər Gözəl Tərzdə Səbir Edə Bilir?
  4. Möminlərin Səbri
  5. Möminlər Hansı Şeylərə Səbir Edirlər?
  6. Səbrin İnsana Qazandırdığı Üstünlüklər
  7. Səbrin Sirləri...
  8. Möminlərin Səbir Duaları
  9. Nəticə

Allah bir ayədə inananları “O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır” (Zümər surəsi, 18) sözləri ilə təsvir etmişdir. Həqiqətən də, iman gətirənlər ağıllı olduqlarına görə sözü eşidib ən gözəlinə tabe olurlar.

Biz rəhbərin əvvəlindən bəri Qurandan müxtəlif nümunələr verərək səbrin gözəl əxlaqın əsasını təşkil etdiyini, ən əhəmiyyətli şeylərdən biri olduğunu, həmçinin insana dünyada və axirətdə saysız nemətlərin qapısını açdığını xatırlatdıq. Beləliklə də, bütün ağıl sahiblərini sözün ən gözəlinə tabe olmağa dəvət etdik. Bundan başqa, bütün çətinliklərə baxmayaraq, Allahın rizasını qazanmaq üçün daim gözəl əxlaq göstərənləri, eləcə də Rəbbimiz üçün səbir edənləri dünyada və axirətdə mükafatla müjdələdik.

Bir insanın dünya və axirətdə alacağı ən gözəl mükafat Allahın rizasını qazanmaq, Onun rəhmət və cənnətinə qovuşmaqdır. Bütün bunlar dünyanın heç bir neməti və zövqü ilə müqayisə edilməyəcək qədər gözəldir. Allahın sevgisini qazanmağın bir yolu isə dünyada yaradılan hər hadisəni, söylənən hər sözü və edilən hər hərəkəti Allahın hikmət və xeyirlə yaratdığını bilmək, Allaha güvənməkdir. Çünki Quranda Allahın Özünə güvənərək hər mövzuda səbir göstərənləri sevdiyi bildirilmişdir:

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də boyun əymişlər. Allah səbir edənləri sevir.

Ali-İmran surəsi, 146

Buna görə də Allah bir ayədə “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali-İmran surəsi, 200) sözləri ilə möminlərin bu əxlaqı qazanmaq üçün bir-biri ilə yarışmağı əmr etmişdir.

Peyğəmbərimiz bir hədisdə səbirlə əlaqədar belə buyurub:

Dünya həyatı sürətlə keçib gedir. Altmış-yetmiş illik həyatda Allahın insanları sınamaq üçün yaratdığı hadisələrə səbir göstərməyib üsyan edənlər, həmçinin namaz, oruc və zəkat kimi ibadətləri yerinə yetirməyənlər mütləq öləcək, sonunda cənnət və cəhənnəmə gedəcəklər. Qədərə təslim olub səbirli olanlar isə dünya həyatını ən gözəl şəkildə yaşamaqla yanaşı, axirətdə də cənnəti qazanacaqlar. Dünya həyatını səbir göstərmədən çətinliklərə şikayət edərək keçirənlər isə dünyada dinsizliyin qaranlığı içində yaşadıqları kimi, axirətdə də özlərini cəhənnəmin qaranlığında görəcək, qısa ömür üçün sonsuz həyatı itirdiklərini anlayacaqlar.

Bu rəhbərin məqsədi o gün gəlməmişdən və insanlar peşmanlıqla: “Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!” (Mülk surəsi, 10), – deməmişdən əvvəl onlara xəbərdarlıq etmək, həmçinin insanları bütün gözəlliklərin yolunu açan səbri yaşamağa və bu əxlaqda yarışmağa dəvət etməkdir.