Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İmanı tez anlamaq: Quranı oxumaq kifayətdirmi?

Mündəricat
  1. Möminlərin təvazökarlığı necə olur?
  2. Boş və faydasız şeylərdən uzaqlaşmaq necə olur? Nələr “boş və faydasız”dır?
  3. Qurandakı təmizlik anlayışı necədir?
  4. Quranda mənəvi təmizlikdən də bəhs edilirmi?
  5. Quranda qısqanclığın yeri nədir?
  6. Quranda “istehza” ilə bağlı bildirilənlər nələrdir?
  7. İnsanlara çirkin ləqəblər qoşmağın Qurandakı yeri nədir?
  8. Quranda dedi-qodunun yeri nədir?
  9. Hər hansı bir məsələdə ümidsizliyə qapılmaq niyə doğru bir davranış deyil?
  10. Quranda emosionallığın yeri varmı?
  11. Quranda ixlas və səmimiyyət anlayışı necədir?
  12. Möminlər hadisələr qarşısında kədərlənirlərmi?
  13. Möminlər qəzəblənirlərmi?
  14. Möminlər səhv edirlərmi?
  15. Quranda möminlərə əmr edilən ədalət anlayışı necədir?
  16. Allahı anmaq necə olur?
  17. Qiyamət günü Quranda necə təsvir olunur?
  18. Qiyamət günü inkar edənlərin vəziyyəti necə olacaq?
  19. Möminlər sayca çoxdurlarmı?
  20. Axirətdə möminləri necə qarşılama gözləyir?
  21. İnkarçılar din günü necə tanınacaqlar?
  22. Xəstəlik və çətinlik anında möminin davranışı necə olur?
  23. Möminlərin gördükləri işlərdə bir-birləri ilə məsləhətləşmələrinin faydaları nələrdir?
  24. Quranda bəhs edilən hekayələrin izah edilmə səbəbləri nələrdir?
  25. Keçmişdəki qövmlər necə həlak edilmişlər?
  26. Kimlərə öyüd-nəsihət verilər?
  27. Öyüd-nəsihətə ən yaxşı cavab necə verilər?
  28. İnfaq nə deməkdir?
  29. İnfaq edərkən ən gözə rəftar necə olmalıdır? İnfaq necə edilir?
  30. Hərisliklə mal yığmağın və ya xəsislik etməyin Allah qatında qarşılığı nədir?
  31. Zənginliyin axirətdə hər hansı faydası olacaqmı?
  32. Nəfsini müdafiə etməmək necə olur?
  33. Dünya həyatına necə qapılmamaq olar?
  34. Bu dünya həyatına razı olanların vəziyyəti necə olacaqdır?
  35. İnsan həyatını tamamilə Allah üçün yaşaya bilərmi?
  36. Nə üçün insan özünü yetərli görməməlidir?
  37. Dində məcburiyyət varmı?
  38. Xeyirlərdə yarışmaq nə deməkdir?
  39. Mömin nələrə səbir edir?
  40. İnkarçılara da bu dünyada mal-mülk verilməsinin hikməti nədir?
  41. İnkar edənlər etdiklərinə görə nə üçün dərhal cəzalandırılmırlar?
  42. İnkarçıların dünyada uğradıqları son necədir?
  43. Cəhənnəmə kimlər girəcək?
  44. Cəhənnəmdəki peşmanlığın faydası varmı?
  45. Cəhənnəmdə oddan başqa əzablar varmı?
  46. Cəhənnəmdə inkarçılara yemək və içki olaraq nə veriləcəkdir?
  47. Cəhənnəm dərəcə-dərəcədirmi?
  48. Cəhənnəm və cənnət əhli bir-birlərini görəcəklərmi?
  49. Cənnətdə necə həyat olacaq?
  50. Cənnətdəki mənəvi mühit necə olacaq?
  51. Nəfsini ilahiləşdirmək necə olur?
  52. Şeytan insanı azdırmaq üçün daim fəaliyyət göstərirmi?
  53. Qəlbimdən keçirdiyim hər şey Allah qatında məlumdurmu?
  54. İnsanın qəlbinin təmiz olması və insanlara qarşı xeyirxah olması cənnətə girməsi üçün kifayətdirmi?
  55. Allaha hicrət etmək necə olur?
  56. Quranda “ataların dini” ifadəsi ilə nə nəzərdə tutulur?
  57. İslamda qadın və kişi bərabərdirmi?
  58. Qulağı və gözü möhürlənmiş şəxs necə olur?
  59. Quranda “fitnə-fəsad”dan nəzərdə tutulan nədir?
  60. Münafiq kimdir?
  61. Münafiqləri tanıya biləcəyimiz əlamətlər varmı?
  62. Qurana görə “cahil insan” kimdir?
  63. Quranda insanın yaradılışı necə izah edilir?
  64. Allahın dininə dəvət hansı şəkildə olar?
  65. Gündəlik həyatda insan necə dərin düşünə bilər?
  66. Dərin düşünməyə nələr mane olar?
  67. Düşünməkdən qaçan insanlar hansı itkilərə məruz qalarlar?
  68. Yaradılanlar üzərində düşünmək insana necə fayda verər?
  69. Allahın qədrini layiqincə təqdir etmək necə olar?
  70. İnsan yanıldıqda və ya unutduqda nə etməlidir?
  71. Tarixdə yaşayan bütün cəmiyyətlərə elçi göndərildimi?
  72. İnkarçılar tarix boyunca niyə bütün peyğəmbərlərə böhtan atmışlar?
  73. İnkarçıların bu səyləri nəticə verərmi?
  74. Möminlərin dünyadakı həqiqi dostları kimdir?
  75. Möminlərdən başqası niyə dost tutulmaz?
  76. Şeytanı dost tutanlar kimlərdir?
  77. İnsan dünyada olarkən qəti şəkildə cənnətə gedəcəyinə əmin ola bilərmi?
  78. Quranda bəhs edilən “öndə gələnlər” kimlərdir?
  79. “Saleh əməl” nə deməkdir?
  80. Mömin mal-mülk baxımından zənginləşdikdə rəftarı necə olar?
  81. Hikmət sahibi olmaq nə deməkdir?
  82. İsraf Quranda necə bəhs edilir?
  83. Mələklərin insanların canını alması necə baş verər? İnsan canı alınarkən mələyi görərmi?
  84. Vəsvəsə nədir?
  85. İnsan vəsvəsədən necə xilas olar?
  86. Quran oxunarkən nə edilməlidir?
  87. Quranı oxumaq kifayətdirmi?
  88. Din hansı yönləri ilə sülh və əmin-amanlığı təmin edər?
  89. Quranda tövsiyə edilən ticarət əxlaqı necədir?
  90. Təvəkkülsüzlüyün insan ruhunda yol açdığı zərərlər nələrdir?
  91. Feli dua necə edilər?
  92. Bəzi cəmiyyətlərdəki əxlaqi tənəzzül ilə dinsizlik arasındakı əlaqə nədir?
  93. Cinlər necə varlıqlardır? Cinlərin də iman edəni və ya etməyəni varmı? Axirətdə onların da yaşayacağı cənnət və cəhənnəm olacaqmı?
  94. Cinlər gələcəkdən xəbər verə bilərlərmi?

Bu gün özünü müsəlman adlandıran bir çox insan Allahın onlardan nə istədiyini və həqiqi müsəlman olmaq üçün nə etməli olduğunu bilmir. Çünki həyatında bir dəfə belə Allahın ona göndərdiyi müqəddəs kitabı oxumamışdır. Halbuki Allah Quranı insanları nə üçün yaratdığını və onlardan nə istədiyini bildirmək üçün nazil etmişdir.

Allahı tanımaq, Onun razılığını qazanaraq cənnətinə qovuşmaq istəyən insanlar Quranı çox yaxşı bilməlidirlər.

Lakin cahil cəmiyyətlərdə Qurana münasibət çox vaxt yanlış olur. Bəzi insanlar Quranı yalnız oxuyar, lakin Allahın verdiyi öyüdlər üzərində düşünməz, onları özlərinə aid etməz və həyatı boyu tətbiq etməzlər. Quran oxumaq ibadətdir, lakin Quran Allahı tanımaq, Onun buyurduqlarını öyrənmək və həyata keçirmək üçün oxunar.

Bəzi insanlar isə Quranın yalnız dua kitabı olduğunu zənn edərlər. Dua edərkən Qurandan əzbərlədikləri ayələri mənasını anlamadan oxuyarlar. Şübhəsiz ki, Quranda Allah peyğəmbərlərin dualarından nümunələr vermiş və möminlərin bu duaları örnək götürmələrini bildirmişdir. Lakin Quranı yalnız dua kitabı kimi qəbul etmək yanlış və natamam bir yanaşmadır.

Allah Quranı möminlər üçün bir hidayət rəhbəri olaraq nazil etmişdir. Quran açıq-aşkar ayələri ilə insanları qaranlıqlardan nura çıxarar. Allah Quranın bu xüsusiyyətini belə bildirir:

... Həqiqətən, Allahdan sizə bir nur və açıq-aydın bir Kitab gəlmişdir. Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər.

Maidə surəsi, 15-16

... (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır.

İbrahim surəsi, 1

Bəzi insanların Quran haqqında başqa bir yanlış düşüncəsi də onun yalnız keçmiş ümmətlər üçün nazil edildiyini zənn etmələridir. Halbuki zamanın keçməsi, texnologiyanın inkişaf etməsi, kosmos və ya kompüter dövründə yaşamağımız həqiqəti dəyişdirməz. Təxminən 1400 il əvvəl yaşamış insanlarla bu gün yaşayan və gələcəkdə yaşayacaq insanların ehtirasları, arzuları, dünyaya baxışları və səhvləri mahiyyət etibarilə eynidir. Bunların yerinə qoyulmalı olan doğru məlumat mənbəyi isə hər zaman Qurandır.

Allah Qurana tabe olmamaq üçün onu “keçmiş insanların nağılı” adlandıran insanları cəhənnəm ilə xəbərdar edib qorxutmuşdur:

Ayələrimiz ona oxunduğu zaman:

“Bu, əvvəlkilərin əfsanələridir!” – deyər. Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlbini bürümüşdür (kirlətmişdir). Xeyr! Həqiqətən, o gün onlar Rəbbindən (Onu görməkdən) məhrum ediləcəklər. Sonra şübhəsiz ki, onlar cəhənnəmə girəcəklər.

Mutaffifin surəsi, 13-16