Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah sevgisi: Allah rizası üçün sevmək

Mündəricat
  1. Giriş
  2. Allah sevgisi
  3. Allah sevgisi və Allah qorxusu birlikdə olmalıdır
  4. Allahı sevən peyğəmbərləri və möminləri də sevər
  5. Peyğəmbərimizin sevgini tövsiyə edən sözləri
  6. Allah rizası üçün sevmək
  7. Quran əxlaqında sevgi
  8. Son söz

Dünya həyatındakı yeganə məqsədləri Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olan və Allaha ürəkdən təslim olan möminlər bütün həyatlarını Allah üçün yaşayarlar. Quranın "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!"" (Ənam surəsi, 162) ayəsilə bildirildiyi kimi, gördükləri hər işdə, göstərdikləri hər davranışda Allahın rizasını qazanmağı hədəfə alarlar. Allahın rizasını və razılığını qazanmaq üçün sahib olduqları hər şeyi sərf edən möminlərin sevgiləri də yenə ancaq Allah üçündür. Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən bir möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək qədər güclüdür.

Allah "Bəqərə" surəsində möminlərin Ona olan güclü sevgiləri ilə müşriklərin yalnız sevgi anlayışları arasındakı fərqi belə bildirilir:

"İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir..."

"Bəqərə" surəsi, 165

Ayədə bildirildiyi kimi, insanlardan bir qismi Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər (Allah bunlardan uzaqdır). Möminlər isə heç bir insanın, maddənin və ya canlının həqiqətdə özünə məxsus bir gücü və ya gözəlliyi olmadığını bilirlər. Bunların hamısını, malik olduqları bütün xüsusiyyətlərlə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini planlaşdırıb meydana gətirə bilməz. Bir insanın üzündəki gözəlliyi və ya bir heyvanın sevimli olmasını müəyyən bir ömürlə yaradan və əcəlləri gələndə hamısını yox edən Allahdır; hər gözəllik yalnız Allahın hakimiyyətindədir. Bax, buna görə də mömin qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını bildiyi üçün sevər. Dolayısı ilə əsl sevgisi bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha yönəlməlidir.

90 "O Allah ki, göylərin və yerin hökmü Onundur. O heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu təqdir etmişdir"

"Furqan" surəsi, 2

Peyğəmbərimiz möminlərə bir-birlərinə qarşı bəslədikləri sevginin Allah rizası üçün olması vacibliyini xatırlatmışdır:

Əbu Zərr bildirir: "Rəsulullah buyurdu ki: "Əməllərin ən fəzilətlisi Allah rizası üçün sevmək, Allah rizası üçün kin bəsləməkdir"".

"İman bağlarının ən sağlamı Allah rizası üçün dostluq, Allah rizası üçün düşmənçilik, Allah rizası üçün sevgi, Allah rizası üçün nifrətdir". 92 "Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub... ... onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalim tayfanı doğru yola yönəltməz!"

"Tövbə" surəsi, 109

Allaha şərik qoşan bir kimsə isə bir insanın gözəlliyini tərifləyərkən, bu gözəlliyin o adama məxsus olduğunu sanır. Bu, rəsm sərgisini gəzən və bəyəndiyi bir tablonun gözəlliyinin o tabloya aid olduğunu sanaraq, o tablonu tərif edən insanın vəziyyətinə bənzəyir. Lakin əslində tərif tablonu çəkən rəssam üçün olmalıdır. Buna görə də bir insan bəyəndiyi bir gözəlliklə qarşılaşarkən, xoşuna gələn bir səs eşidərkən, bir yeməkdən zövq alarkən, o an bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, razılığını və şükrünü Ona yönəltməlidir.

Allaha şərik qoşmadan iman gətirənlər sahib olduqları hər şeyə görə Allaha borclu olduqlarını bildikləri üçün Allaha çox güclü bir sevgi ilə bağlanırlar.

Allah Quranda İbrahimin müşrik olan qövmünə belə dediyi bildirilir:

"İbrahim onlara dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!""

"Ənkəbut" surəsi, 25

Ayədə bildirildiyi kimi, Allaha şərik qoşanların dünya həyatında bir-birinə qarşı olan bağlılıqları axirətdə böyük bir nifrətə çevriləcəkdir. Bunun səbəbi Allahı unudaraq bir-birini həyatlarının ən böyük məqsədi hesab etmələridir. Allah bunun əvəzində bu insanların şirk içindəki sevgi və bağlılıqlarını axirətdə sonsuza qədər davam edən kin və nifrətə çevirir.

Quranda, dünya həyatına aid olan amilləri və ya insanların sevgisini qazanmağı Allahın razılığından daha vacib hesab edən insanlara belə xəbərdarlıq edilir:

"De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!"

"Tövbə" surəsi, 24

İman gətirənlər dünya həyatının bütün bu bəzəklərinin Allaha aid olduğunu bilir və bunları ancaq Allahın təzahürləri olaraq sevərlər. Məsələn, möminlərdə Allahın bəyəndiyi gözəl əxlaq təzahür etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə qarşı hiss edirlər. Bu sevgi soy, irq kimi yaxınlıqlara və ya hər hansı bir mənfəətə əsaslanmır. Pulun, mövqenin, mədəniyyətin və ya maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allah möminlər arasındakı bu sevgini Quranda belə bildirir:

"Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!"

"Həşr" surəsi, 9

Ayədə bildirildiyi kimi, möminlər iman gətirən hər kəsi öz qardaşları kimi qəbul edərlər. Başqa bir möminin yaxşılığını, rahatlığını təmin etmək üçün heç bir fədakarlıqdan çəkinməzlər. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanıla bilər. Peyğəmbərimiz sevginin əhəmiyyətini və həqiqi sevgini yaşayan möminlərin üstünlüklərini bir hədisində belə bildirmişdir:

Ömər bildirir:

"Rəsulullah buyurdu ki: "Allahın qulları arasında bir qrup var ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Üstəlik qiyamət günü Allah yanındakı dərəcələrin ucalığına görə peyğəmbərlər də, şəhidlər də onlara qiptə edərlər"". Orada olanlar soruşdular: "Ey Allahın Rəsulu! Onlar kimdir, bizə xəbər ver!" "Onlar aralarında nə qan bağlılığı, nə də bir-birlərinə bağışladıqları bir mal olmadığı halda, Allahın ruhu (Quran) adına bir-birlərini sevənlərdir. Allaha and olsun ki, onların üzləri mütləq nurdur. Onlar bir nur üzərindədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İnsanlar inciyərkən, onlar inciməzlər". Sevgi kimi böyük bir neməti möminlərə bəxş edən isə Rəbbimiz olan Allahdır. Allah Yəhyaya Öz qatından bir sevgi həssaslığını verdiyini belə bildirir: "(Yəhya dünyaya gəldikdən sonra ona dedik:) "Ey Yəhya! Kitabdan bərk yapış! Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi"

"Məryəm" surəsi, 12-13

Başqa bir ayədə isə Allah imana gəlib saleh əməllər görənlərə Öz qatından bir sevBurada çox önəmli bir mövzunun üzərində dayanmaq lazım gəlir. Allahın rizasına görə sevən bir insan, ən gözəl əxlaqlı, Allaha daha bağlı, ən çox təqvalı olan kimsəni hər kəsdən çox sevir. Bu səbəblə Peyğəmbərimiz bütün möminlər üçün ən sevimli, ən yaxın dostdur. ...ən möhkəm ipdən yapışmış olur.

"Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq... gi bəxş edəcəyini xəbər vermişdir:

"Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq"

"Məryəm" surəsi, 96

Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır!" ("Loğman" surəsi, 22).

Həqiqi sevgi Quran əxlaqı ilə birlikdə yaşanar

Allaha könüldən bağlanan və Allahı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı qəlbində bir sevgi hiss edər; bir çiçək, kəpənək, quş, pişik və ya gözəl bir mənzərə belə bir insanın içində böyük bir həyəcan oyadar. Eyni şəkildə gözəl xasiyyətli, gözəl sifətli bir insan da ürəkdə səmimi bir heyranlıq doğurur. Çünki insanın bütün bu gördükləri Allahın təzahürləridir. Allaha olan səmimi sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təzahür etdiyi hər şeyə qarşı insan ruhunda təbii bir sevgi və məhəbbət meydana gətirir. Bu səbəblə Allaha ürəkdən bağlanan insanlar həqiqi sevgini yaşaya bilən yeganə adamlardır.

Quran əxlaqı isə həqiqi sevginin təməlini əmələ gətirir. Bir nəfəri əxlaqı ilə, insanlığı ilə və malik olduğu bütün xüsusiyyətləri ilə dərin bir sevgi ilə sevmək ancaq insanın Qurana itaət etməsi ilə mümkün olur. Çünki Qurana itaət edən bir insan Allahın bəyəndiyi əxlaqı yaşamaqla, bir çox seviləcək gözəl xüsusiyyət qazanmış olur. Allahın "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!" ("Məryəm" surəsi, 76) hökmünü bilərək bütün bu gözəl əxlaq xüsusiyyətlərində bir ömür boyunca səbr və qərarlılıq göstərir; vəfa, sədaqət, hörmət, sevgi, təvazökarlıq, fədakarlıq, dürüstlük, mərhəmət, mülayimlik, cəsarət, qərarlı olmaq kimi xüsusiyyətlər ancaq Allah qorxusunun və Quran əxlaqının yaşanması ilə əbədilik qazana bilər. Bu əbədilik möminin sevgidə də bir ömür boyunca səbirli və qərarlı olmasını təmin edər. Sevginin təməli iman Allah qorxusu və Quran əxlaqına əsaslandığı və Allah rizası üçün sevdiyinə görə möminin sevgisi çox güclü və dərin olur. İman edənlərə yaşadığı dostluğun axirətdə sonsuza qədər davam edəcəyini bilməsi də sevgini güclü və daimi edən başqa bir səbəbdir.

101 "Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut..."

"Rum" surəsi, 30

102 "Allaha tərəf çağıran, yaxşı iş görən və:

"Mən müsəlmanlardanam!" -deyən kəsdən daha gözəl danışan kim ola bilər?!"

"Fussilət" surəsi, 33

103 "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!"

"Bəqərə" surəsi, 207

Qurana itaət edən bir insanın yaşadığı bu yüksək əxlaq onu həm Allah yanında, həm də möminlərin gözündə çox dəyərli bir varlığa çevirər. Qurana tabe olan, təqva sahibi olan bir möminin hər şeydən öncə Allahın sevgisini və rizasını qazanacağını umar. Allah sevdiyi bəndəsini digər möminlərə də sevdirir, ona bir nur, gözəllik verir və insanların qəlblərini isindirən xüsusiyyətlər qazandırır.

"...De: "Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir"

"Ənam" surəsi, 71

Quran əxlaqını yaşamayan insanların yanlış sevgi anlayışı

Quran əxlaqından uzaq olan bir həyat yaşayan insanlar, bir çox mövzuda olduğu kimi, sevgi mövzusunda da yanlış bir anlayışa malikdirlər. Bu kimsələr hər nə qədər öz aralarında sevgini və hörməti yaşadıqlarını düşünsələr də, əslində bunlar yanlış təməllər üzərində qurulmuş olan əlaqələrdir.

Aşağıda Quran əxlaqını yaşamayan insanların bəzilərinin sevgilərini əsaslandırdıqları dəyərlər araşdırılır.

"Kafirlər Məni qoyub qullarımı özlərinə dost edəcəklərinimi güman edirlər? Biz cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!"

"Kəhf" surəsi, 102

Qadın ilə kişi arasındakı şirkə əsaslanan sevgi

Şirkə əsaslanan sevginin nümunələri qadın ilə kişi arasındakı münasibətlərdə tez-tez görünür. Bəzi insanlar Allaha bəslənilməsi vacib olan sevgini və bağlılığı heç bir şeyə gücü çatmayan aciz varlıqlara yönəldirlər. Bəzən bir insanı həyatlarının əsl mənası hesab edir, hər an hər yerdə onun adını anır, onu ucaldır və onun sevgisini qazanmağa çalışırlar. Səhər yuxudan oyandıqları andan etibarən bütün günü müntəzəm olaraq o adamı düşünürlər. Və ya o adamı düşünüb səhərə qədər yuxusuz qalırlar. Allahın rizasını qazanmaq yerinə, sadəcə olaraq onu razı salmağı qarşılarına məqsəd qoyurlar, hətta bəzən o adamı razı etmək üçün Allahın rizasına uyğun olmayan işlər görürlər. Onun üçün hər cür fədakarlığı edirlər, amma Allahın rizasını qazanmağa heç cəhd də göstərmirlər. Bu adamlar bir-birini "tanrılaşdıranlardır". Həmçinin sevgidən bəhs edilən bəzi şerlərdə, yazılarda və ya romantizm barədə söhbətlərdə "ibadət etmək, səcdə etmək, sitayiş etmək" feli çox tez-tez istifadə edilir. Bax, bu cür bir sevgi anlayışının təməli Allaha şərik qoşmaq üzərindədir.

Allah bir ayəsində cahillik inancına malik olan insanların yaşadığı bu şirk sevgisinə diqqət vermiş, Allaha bəslənən həqiqi sevginin bundan daha artıq bir gücə malik olduğunu və çox qüvvətli bir bağlılıqla yaşanacağını bildirmişdir:

"Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, heç bir dəlil nazil etməmişdir. Və ona dair heç bir biliyi də yoxdur. Zalimlərə heç bir yardım edən olmaz!"

"Həcc" surəsi, 71

108 "...Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr etməz!"

"Yusif" surəsi, 38

109 "...Ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin..."

"Bəqərə" surəsi, 200

Allah sevgisi bütün sevgilərin üzərindədir. Allah sevgisindən üstün tutulan, ürəkdən Allah sevgisini çıxarıb onun yerinə qoyulan bir sevgi insanın Allaha şərik qoşmasına səbəb olar və bu da insanı cəhənnəmə sürükləyə bilər. Ancaq insanların bir qismi belə bir təhlükənin heç fərqində deyildir.

Bir insanın başqa insanları sevməsi, onlara bağlı olması, ailəsini, yaxınlarını sevgi ilə qoruması, əlbəttə, çox gözəl bir əxlaqdır. Öncə də bildirildiyi kimi, sevgi duya bilmək, sevgi və yaxınlığı yaşaya bilmək Allahın insanlara verdiyi çox gözəl bir nemətdir. Ancaq bu sevgi, yalnız Allahın rizası üçün yaşandığı zaman insana dünyada və axirətdə xoşbəxtlik gətirir.

Allahdan üstün tutulan sevgilər insana dünyada da, axirətdə də kədər və əzab gətirir. Allah dünyada bir-birlərini şərik qoşan insanların axirətdə cəhənnəm əzabından qurtula bilmək üçün bir-birlərini fidyə kimi vermək istədiklərini belə bildirir:

"Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini! Və yer üzündə olanların hamısını - təki özünü qurtarsın!"

"Məaric" surəsi, 11-14

"O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır!"

"Əbəsə" surəsi, 34-37

Mənfəətlərə Əsaslanan Dostluqlar

Bir çox insan qəbul etmək istəməsə də, bəzi münasibətlərdə insanların fikirlərinin arxasında bir mənfəət güdülür. Bəzi insanlar özlərinə müəyyən mənfəətləri qazana biləcəklərini zənn etdikləri bir insanla qarşılaşarkən hiss etdikləri həyəcanı "sevgi" kimi anlayırlar. Halbuki qəlblərində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları "güclü bir həvəsdir". Həmçinin bir çox insanın qarşısındakı adama olan sevgisi, bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan əmələ gətirdiyi üçün ən çox həyəcan ən zəngin olan adama qarşı hiss edilir. Ancaq yuxarıda da bildirdiyimiz kimi, bu hiss sevgi deyildir, sadəcə olaraq dünya malına qarşı duyulan bir həvəsdir. Zəngin bir adamın əxlaqi xüsusiyyətləri bu düşüncəyə malik olan insanlar üçün heç bir əhəmiyyət kəsb etmir. Buna görə, əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, qeyri-səmimi, düşüncəsiz olsa belə, yalnız zəngin və ya şöhrətli olması bu adama maraq göstərmək üçün kifayət edir.

Bəzi kimsələr isə özlərini əyləndirən insanlarla birlikdə olmaq istəyirlər və "mənimlə dost olan adamın məni güldürə bilməsi lazımdır" kimi izahatlar verərək, bunu etiraf edirlər. Buna görə, bu yaxınlıq da sevgi ilə bağlı deyildir, yalnız bir şəxsi mənfəət güdməkdən ibarətdir. İnsanın nəfsi gülmək istədiyi üçün özünü güldürəcək birisi ilə birlikdə olmaqdan zövq alması guya onu sevdiyinin mənasına uyğun gəlmir. Fəqət bir çox adam mənfəət əldə etməkdən duyduğu bu rahatlığı sevgi ilə qarışdırır və bu insanı çox sevdiyini iddia edir.

111 "Allahla bağladığınız əhdi ucuz satmayın. Allah yanında olan sizin üçün daha yaxşıdır. Kaş biləydiniz!"

"Nəhl" surəsi, 95

Bəzi adamlar da gözəl insanlarla bərabər görünməyin onlara etibar qazandıracağına inanırlar. Bu səbəbdən dost olmaq üçün gözəl insanları seçirlər, ölçüləri qarşılarındakı adamın boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətlərinə uyğun olur. Gözəllik olduqdan sonra o insan üçün bu adamın ağlının, vicdanının və ya insani xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Ancaq bu mahiyyəti başa düşməməsi qarşısındakı adama bəslədiyi duyğunu sözdə sevgiyə bağlayır. Halbuki bu sevgi bu insanlar üçün "bu adamın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm" mənasını daşıyır. Gözəllik getdiyi zaman qalan ruh isə bu adama görə heç bir əhəmiyyət daşımır. Qarşısındakı adam gözəl olduğu üçün onun mərhəmətsizliyini, diqqətsizliyini, düşüncəsizliyini və ya insanlara qarşı istehza ilə yanaşmasını görməməzliyə vurur.

Bəzi insanların ən mühüm saydıqları mənfəətlərdən biri isə öz ifadələri ilə desək, "həyat təminatı" əldə etməkdir. Bir çox insanın gələcəyinə təminat verə bilməmək, tənha yaşamaq məcburiyyətində qalmaq, iqtisadi cəhətdən möhtac vəziyyətə düşmək, xəstələnəndə ona baxacaq bir nəfəri tapa bilməmək kimi narahatçılıqları vardır. Bəziləri bu narahatçılıqları aradan qaldırmağın ən məşhur və ən sağlam yolu kimi evlənməyi görürlər. Bu səbəblə bu xüsusiyyətlərə malik olduğunu düşündükləri adama bağlanır və onu heç itirmək istəmirlər. Bu "gələcək qorxusu" üzərində qurulan birgə yaşayışı isə çox zaman həqiqi sevgi zənn edirlər.

Həyatları boyunca bu adamda xoşlamadıqları bir çox xarakterə sadəcə bu narahatçılıqlarına görə dözmək məcburiyyətində qalırlar. Qonşuları və ya dostları ilə dərdləşərək, düşdükləri vəziyyətdən şikayətlənirlər, amma soruşanda, yalnız şəxsi mənfəətinə görə bağlandıqları həyat yoldaşlarını çox sevdiklərini söyləyirlər. Lakin Quran əxlaqına uyğun olaraq yaşanan həqiqi sevgidə heç bir şəkildə əvəz gözlənilmir. İnsan qarşısındakı adamı heç bir şəxsi mənfəət gözləmədən, o adamda Allahın təzahürlərini gördüyü üçün böyük bir fədakarlıq və həvəslə sevər. Onun arxasınca heç bir zaman pis sözlər danışmaz. Səmimi sevgiyə görə ancaq onu tərifləyən, qoruyan söhbətlər edər. Ona qarşı heç bir zaman zorakı bir dözüm içində olmaz, acizlikləri və ya çatışmazlıqları ilə qarşılaşsa belə, ona qarşı şəfqətli və mərhəmətli olar, çatışmazlıqlarını sakitcə, hiss etdirmədən örtməyə çalışar; hər an onu rahatlaşdırmaq istəyər, hər istədiyini zövqlə və həvəslə yerinə yetirər. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edər.

Qısa müddətli, ötəri sevgilər

Quran əxlaqına əsaslanmayan sevgilər qısa müddət ərzində bitir. Sözgəlişi, tərəflərdən biri qarşısındakı adamdan umduğu mənfəəti əldə edə bilməyəcəyini görəndə, əvvəllər hiss etdiyi həyəcan dərhal bezikməyə çevrilir. Eynilə bir acizliyini görəndə və ya bir xəstəliyinə şahid olanda, o adam onun üçün artıq dözülməli olan bir insana çevrilir. Xüsusilə də bu adamın görünüşündə bir dəyişiklik olarsa, məsələn, bir qəza nəticəsində üzündə izlər qalarsa və ya şikəstliyə səbəb olarsa, bu, o insan üçün sevginin sonu deməkdir. Çox adam ətrafındakı insanlardan eşidə və ya mətbuatda çıxan xəbərlərdə rast gələ bilər; çox yaxşı davam edən bir evlilik kimi göstərilən münasibətlərin sona çatma səbəbləri ümumiyyətlə, xəstəlik, acizlik və ya iflasdır. Həyat yoldaşı çox gözəl və ya zəngin belə olsa, onun xəstəlik müddətindəki acizliklərini gördüyü üçün aralarında olan sevginin bitdiyini söyləyən və bu səbəblə bir-birindən ayrılan bir çox ailə vardır. Eyni şəkildə, zəngin və varlı günlərində çox yaxşı anlaşdıqlarını düşünən bəzi insanlar mal-dövlətlərini itirmələri ilə birlikdə bir-birlərinə göstərdikləri sevgi və yaxınlığın da bir anda sona yetdiyini görürlər.

Halbuki həqiqi sevgi gün keçdikcə artar, əsla azalmaz. Qarşısındakı adamın əxlaqına görə dəyər verən bir insan, bu əxlaqın incəliklərini gördükcə ona olan sevgisi daha da artar. Bu insanın bir qəza nəticəsində şikəst qalması, bütün sərvətini itirməsi, bədənini yaraların örtməsi və ya buna bənzər bir çətinliyə düçar olması sevgiyə heç bir şəkildə təsir etməz. Hətta bu çətinliklər qarşı tərəfin təvazökarlığını, kamilliyini artıra biləcəyi və o adamı daha gözəl əxlaqlı bir insan edəcəyi üçün sevgisi daha da güclənə bilər. Bu cür hadisələrin sevgiyə təsir göstərməməsinin səbəbi həqiqi sevginin insanın yaşadığı Quran əxlaqına əsaslanmasındadır. Bir insanın Allahdan qorxub çəkinməsi, hər an Onun rizasını axtarması və Quran əxlaqını ən gözəl şəkildə yaşaması, sevgini meydana gətirən əsl səbəblərdir. Bu səbəblə Quran əxlaqını yaşayan insanlar arasındakı sevgiyə bu cür hadisələr heç bir şəkildə mənfi təsir göstərməz, hətta daha da güclənərək artar.

"...Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət, sahibidir!"

"Ənfal" surəsi, 67

116 "Allah istədiyi bəndənii ruzisini bol da edər, azaldar da. Dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir"

"Rəd" surəsi, 26

117 "Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə ona cəhənnəmi məskən edərik. O, qınanmış, qovulmuş bir vəziyyətdə daxil olar!"

"İsra" surəsi, 18