İman gətirənlər Allaha olan güclü sevgilərinə və səmimi bağlılıqlarına görə, Allahın yaratdığı varlıqları da çox sevər, bunların hər birində Allahın sifətlərinin təzahürünü görərlər. Quranın "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, rükuda edərək namaz qılır və zəkat verirlər" ("Maidə" surəsi, 55) ayəsində bildirdiyi kimi, iman gətirənlər Allahın insanlara doğru yolu göstərmələri üçün göndərdiyi peyğəmbərlərə və saleh möminlərə qarşı da dərin bir sevgi bəsləyərlər. Peyğəmbərlər Allahın bütün insanlar üçün örnək etdiyi, dərin bir imana sahib olan, yüksək əxlaqlı kimsələrdir. Allahın "Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!" ("Əhzab" surəsi, 21) ayəsində xəbər verdiyi kimi, Peyğəmbərimiz Məhəmmədin həyatında və əxlaqında iman gətirənlər üçün gözəl örnəklər və hikmətlər vardır. Peyğəmbərimizin Allaha olan dərin bağlılığı, təqvası, səbri, mehribanlığı, ağlı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti, şövqü və bir çox gözəl xüsusiyyəti bütün müsəlmanlara nümunə olmuşdur.
Peyğəmbərimiz Allaha və peyğəmbərlərə qarşı duyulan sevginin əhəmiyyətini bizə belə xatırlatmışdır:
Rəsulullah buyurur ki: "Uca Allahı və Rəsulunu hər şeydən çox sevməyənin imanı sağlam deyildir". "İman nədir?" - deyə soruşulduqda: "Allah və Rəsulunun sənin üçün hər şeydən daha sevimli olmasıdır" - buyurdu. Yenə buyurdu ki: "Bəndə Allah və Rəsulunu övladlarından, malından və bütün məxluqatdan çox sevməsə mömin olmaz".
"Ənəsin rəvayətinə görə, Rəsulullah buyurmuşdur ki, üç xislət bir kimsədə olarsa, o kimsə imanın ləzzətini bilər. Birincisi, Allah və Rəsulunun o kimsəyə hər şeydən daha əziz və daha sevimli olması. İkincisi, başqasına məhəbbətində də Allah rizası üçün sevmək. Üçüncüsü də küfrə qayıtmağını oda atılacaqmış kimi pis görməkdir".
Allahın bütün elçiləri və peyğəmbərləri Allah qatında seçilmiş, Rəbbimizin rizasını qazanmış yüksək əxlaqlı insanlardır. Allah Quranda peyğəmbərlərin gözəl əxlaqlarına dair örnəklər vermiş və onlardan təriflə bəhs etmişdir. Peyğəmbərimiz Məhəmməd, Musa, İsa, İbrahim, Harun, Yəhya, Yunis, Yəqub, İsmayıl, Süleyman, Davud və digər bütün peyğəmbərlər və elçilər, Allaha olan səmimi imanları, hörmət dolu qorxuları, təqvaları və gözəl əxlaqları ilə insanlara örnək olmuşlar. Quranı rəhbər tutaraq elçiləri bu ali xüsusiyyətləri ilə tanıyan bütün möminlər, onların əxlaqına çata bilmək, onlar kimi Allahın dostluğunu qazana bilmək və cənnətdə onlarla birlikdə ola bilmək üçün xeyir işlərdə yarışır və ciddi səy göstərirlər. Möminlərin peyğəmbərlərə bəslədikləri bu dərin sevgi onların sevgi anlayışlarını da ortaya çıxarır, iman gətirənlərin bir başqasına bəslədiyi sevgi bütövlükdə o insanın imanından, gözəl əxlaqından və təqvasından qaynaqlanır. Bir insanın bu xüsusiyyətini bilmək, o adamla heç görüşməsən belə, ona qarşı dərin və səmimi bir sevgi yaranmasına səbəb olar.
İman gətirənlər Allahın elçilərini heç görməsələr də, tanış olmasalar da və yanlarına getməsələr də, onlara qarşı belə bir səmimi sevgi və bağılılq hiss edərlər. Allahın onları bütün inananlara bir rəhmət olaraq göndərməsi və bir çox Quran ayəsində onlardan sevgi və təriflə bəhs etməsi iman gətirənlərin elçilərə olan sevgilərini daha da artırır. İman gətirənlər peyğəmbərlərdən və elçilərdən hər zaman hörmət, sevgi və təriflə bəhs edər, onları daima özlərindən öndə və üstün tutarlar. Hər fürsət tapanda onların Allaha olan tabeliklərini, yaxınlıqlarını, sevgilərini, gözəl əxlaq xüsusiyyətlərini bütün insanlara izah edir və onları da elçilərin yoluna çağırırlar.
Allah Quranda iman gətirənlərin elçilərə olan bu sevgilərinə diqqət vermiş və peyğəmbərlərin möminlər üçün öz nəfslərindən daha öndə olduğunu bildirmişdir:
"Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır..."
Allah Quranın bir çox ayəsində peyğəmbərlərin gözəl əxlaqına və yüksək xüsusiyyətlərinə yer vermişdir.
Peyğəmbərlərin sevgi və təriflə salamlandığı bu ayələrdən bəziləri belədir:
74 "Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıqaydın zəlalət içərisində idilər"
"Sonraan gələnlər arasında onun üçün yaxşı ad, gözəl xatirə qoyduq. Onu belə yad edirlər:
"İbrahimə salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona və İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!"
"Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. Onları belə yad edirlər:
"Musaya və Haruna salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi"
"Həqiqətən, İlyas da peyğəmbərlərdəndir... Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. Onu belə yad edirlər: "İlyasinə (İlyasa) salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 123, 129-132). "Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da hidayətə qovuşdurduq və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da bir qismini hidayətə çatdırdıq, onları seçdik və düz yola yönəltdik" ("Ənam" surəsi, 84-87). Allah Quranda peyğəmbərlərimizi belə salamlayır:
"Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!"
Peyğəmbərlər Allahın ən sevdiyi, Özünə ən yaxın dost etdiyi, ən saleh möminlərdəndir. Allahın ən sevdikləri, möminlərin də ən sevdikləridir. Buna görə də möminlər də peyğəmbərlərimizə olan sevgilərini, onları Allahın Quranda salamladığı kimi, sevgi ilə tərifləyərək və anaraq göstərməli, onların yoluna və əxlaqlarına tam olaraq uymaq üçün çalışmalıdırlar.
78 "Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla gəldi. Ona iman gətirin..."
Allahı sevən Allahın dostu olan möminləri də sevər
Allahın sevdikləri, möminlərin də sevdiyidir; Allaha dost olan, möminlərə də dostdur; Allah kimdən razıdırsa, möminlər də ondar razıdır; Allahı sevən, Allahın sevdiyi bəndələri də sevər. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi bəndələrindəndir.
Buna görə də möminlər bir-birini çox sevərlər və birbirinə çox bağlanarlar. Quranın bir çox ayəsində möminlərin bir-birinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən bəhs edilir. Bu ayələrdən bəziləri belədir:
"Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!"
"Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!"
82 "Mömin kişilərlə mömin qadınlar bir-birinə hayandırlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər..."
83 "İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək göstərmək istəyənlər -məhz onlar bir-birinə dostdurlar..."