İnsan Nədən Yaradılmışdır?

İnsanın yaradılışı haqqında bir çox ayə var. Bu ayələrdə Allah insanın fərqli şeylərdən yaradıldığını ifadə edir. Bəzilərində insanın torpaqdan, bəzilərində quru palçıqdan, bəzilərində sudan, bəzilərində isə alakdan yaradıldığı ifadə edilir. Bu fərqli ifadələrin olması bir ziddiyyət kimi göstərilməyə çalışılsa da, burada bir ziddiyyət yoxdur. Bu fərqli anlatımların hamısı həqiqəti ifadə edir.
İnsanın yaradılışı fərqli addımlarda və fərqli mərhələlər içində olmuşdur. Bu mərhələlərin fərqliliyinə görə ayələrdə bu addımlar fərqli-fərqli ifadə edilmişdir. İndi ayələrə tək-tək baxaq: Adəmin ilk yaradılışı əsas etibarilə torpaqdandır.
Şübhəsiz, Allah yanında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona “ol” deməsi ilə o da dərhal oluverdi. (3 Ali-İmran surəsi, 59)
Allah Adəmi ilk başda torpaqdan yaratmışdır. İnsanda mövcud olan bütün atomlar torpaqda da var. Allah torpağı istifadə edərkən insanı müəyyən bir şəkildə planlaşdırmış və bir surət vermişdir. Bu mərhələdə yenə torpaq mənşəli olan, onun su ilə qarışığı olan palçığı istifadə etmiş. Əsas etibarilə mənşə torpaqdır, bu torpaq palçıq halında insan olaraq biçimləndirilib qurudulmuşdur. Bu, digər bir mərhələdir:
Xatırla ki, Rəbbin mələklərə demişdi: “Mən quru bir çamırdan, şəkillənmiş bir palçıqdan bir bəşər yaradacağam.” (15 Hicr surəsi – 28)
Adəmin yaradılışından başqa, ümumi olaraq insanın ayrı yaradılışı var. Bu yaradılışın başlanğıcı isə rəhmlərə tökülən mənidir. Ayələrdə ifadə edilən insanın bu yaradılışıdır.
Allah sizi torpaqdan yaratdı, sonra bir damla mənidən (nutfedən). Sonra da sizi cüt-cüt etdi. Onun bilgisi olmadan heç bir dişi hamilə qalmaz və doğmaz da. Ömür sürənə ömür verilməsi və onun ömründən qısaldılması da mütləq bir kitabda (yazılı)dır. Həqiqətən bu, Allaha görə asandır. (35 Fatir surəsi – 11)
Məryəm surəsindəki ayədə isə ortada heç bir şey yoxkən insanın bu şəkildə gözlə görünməyəcək qədər kiçik sperma və yumurta hüceyrələrindən yaratmasına görə “əvvəlcə heç bir şey deyilkən” ifadəsini işlədir:
İnsan əvvəlcə, heç bir şey deyilkən, həqiqətən Bizim onu yaratmış olduğumuzu (heç) düşünmürmü? (19 Məryəm surəsi – 67)
Həqiqətən ortada bir insan yoxkən Allah möcüzəvi bir plan içində insanı yaratmışdır. Yumurtanın sperma ilə birləşməsi ilə ana bətnində alak (rüşeym) formalaşır. Bu da insanın yaradılışındakı digər bir mərhələdir. İnsanlar bu mərhələdən keçərək yaradılırlar.
Yaradan Rəbbinin adı ilə oxu. O, insanı bir alak’dan yaratdı (Ələq surəsi – 1/2)
Nəticə olaraq insanın və Adəmin yaradılışında keçirdiyi mərhələlər düşünüldükdə yuxarıda bildirilən ayələrin hamısının bir həqiqəti ifadə etdiyi və qətiyyən aralarında bir ziddiyyət olmadığı açıq şəkildə görünür.