Fil surəsi ilə bağlı tənqidlərə cavab; “Ərəbistanda fillər yaşaya bilməzmi”?

Quranda FİL surəsi ilə bağlı tənqidlərə tarixdən cavablar ;
Xüsusilə bəzi şərqşünas və qeyri-müsəlman tədqiqatçıların akademik sahədə nüfuz qazandırmayan Quran tənqidlərindən biri də Fil surəsi ilə bağlıdır. Bu şəxslərə görə; “Quranda izah edilən Fil surəsinin tarixi bir hadisəni izah etməsi mümkün deyil. Səhra coğrafiyasında, hər gün 150 kq. qədər bitki və su istehlak etməli olan bir heyvanın Yəməndən Ərəbistana qədər yeriməsi mümkün deyil. Onsuz da bu heyvanların ayaq quruluşu qumda yeriməyə də əlverişli deyil.”
Halbuki Ərəbistan coğrafiyasına aid arxeoloji işlər bu mövzuda da Quranı təsdiqləyən xarakterdədir. Ciddi akademik tərəflər tərəfindən edilmiş bu mövzu ilə bağlı işlər mövcuddur. Ərəbistanın Nəcran bölgəsində tapılan 6.əsrə aid qaya rəsmləri arasında Fillərin olması bu cəfəng iddianı çürüdür.
Şəkil 1) Nəcran bölgəsindəki (Cənubi Səudiyyə Ərəbistanı) qaya oymalarında Fil təsvir edilmişdir.
Şəkil 2) Fili təmsil edən Nəcran bölgəsində qayaüstü oyma
Şəkil 3)
Fil kimi böyük bir heyvanın səhrada ayaq quruluşu baxımından yeriyə bilməyəcəyini söyləyənlər üçün də Youtube-dan bir video paylaşıram. https://www.youtube.com/watch?v=U0v5MIdyxZc
Mənbələr;