Quranda şövq və həyəcan: İnananların Həyəcanı necə Olur?
Mündəricat
- Giriş
- Şövq Nədir?
- Cahiliyyə Cəmiyyətinin Şövq Anlayışı
- Möminlərin Şövqü
- Şeytanın Möminlərin Şövqünü Qırmaq Cəhdi
- Möminlərin Şövqü Hansı Rəftarından Aydın Olur?
- İnananların Həyəcanı necə Olur?
- Möminlər Hansı Şeylərə Görə Həyəcanlanırlar?
- Şövq və Həyəcan Möminlərə Nələr Qazandırır?
- Dini Səthi Yaşayan İnsanların Şövqsüzlüyü
- Şövqsüz və Həvəssiz Edilən İşlər necə Nəticələnir?
- Şövqsüzlükdən Xilas Olmağın Yolu
- Nəticə

Həyəcan anlayışı Quran əxlaqından uzaq cəmiyyətlərdə bəzi hadisələr qarşısında stress, təlaş, daxili sıxıntı kimi duyğuları ifadə edir. Bu həyəcan insana həzz deyil, çətinlik və sıxıntı verir. Müsəlmanın həyəcanı isə Allah'ın sənətinə duyduğu, özünə verilən nemətlər üçün hiss etdiyi və sonsuz cənnət həyatını ümid edib yaşadığı coşqunluq hissidir.
Din əxlaqını yaşamayan insanların sıxıntıya düşməsinin əsas səbəblərindən biri təvəkkülsüzlükdür. Təvəkkül Allah'ı özünə vəkil etmək və yalnız Ona güvənməkdir. Cahiliyyə insanları Allah'ın böyüklüyünü qavrayıb təqdir etmədiklərinə görə belə güvən və təslimiyyət yaşamazlar. Allah'ı vəkil etmək əvəzinə özlərinə heç bir fayda verməyən şeylərdən mədət umarlar. Bu səbəblə, qorxularından və cahiliyyə həyəcanlarından həyatı boyunca xilas ola bilməzlər. Möminlər isə Allah'a təvəkkül etmişlər və beləliklə, cahil cəmiyyətə xas duyğulardan tamamilə uzaqdırlar. Onlar Quranda məqbul göstərilən iman həyəcanını ən dərin şəkildə yaşayırlar. Çünki gördükləri hər görüntünün hikmətlə yaradıldığını bilir və bu hikməti görmək üçün də dərin düşünürlər.
Vicdanlarından ən gözəl şəkildə istifadə edib düşündüklərinə görə, hər şeydəki hikməti çox asan görürlər. Buna görə də eyni hadisəyə qarşı cahil insanlardan daha həssas davranır, gözəlliklərdən daha çox zövq alır və daha çox həyəcan hiss edirlər. İman edənlər gördükləri qarşısında şövqlü və həyəcanlı olurlar, çünki yoxdan yaradıldığını və belə rəngli yüz minlərlə, milyonlarla yaradılış möcüzəsinin olduğu bir dünyaya gəldiyini bilir, bunun həyəcanını yaşayırlar. Hər baxdığı yerdə Allah'ın bənzərsiz sənətini görürlər: kainat, ulduzlar, səma, günəş, ay, kəpənəklər, quşlar, milyonlarla heyvanlar, bitkilər, meyvələr və s. Möminlər bütün bunların qarşısında həyəcan duyurlar.
Növbəti səhifələrdə möminlərin yaşadığı bu həyəcanın nə qədər böyük nemət olduğuna toxunacaq və möminlərin həyəcan duyduğu mövzulardan bəzilərinə diqqət çəkəcəyik.